Dil:
Azərbaycanca
Hansı qidanı nə üçün yeməliyik?
08 Sentyabr 2018 8487Əksər insan sadəcə aclığını yatızdırmaq üçün yemək yeyir. Bəziləri üçün yeyilən qidaların faydası önəm kəsb etmir.
Türkiyəli diyetoloq Emre Uzunun hazırladığı siyahını təqdim edirik:
Badam, E vitamin baxımından daha çox zəngindir. İmmunitet sistemini gücləndirir. Bəzi xəstəliklərin müalicəsində isə faydalıdır.
Avokado püresi – Avokadonun yağ asidləri, zeytun yağına bənzəyir. Dəmir baxımından zəngindir. Xolesterin səviyyəsini aşağı salmaqda da təsirlidir.
Çiyələk – Ürək xəstəlikləri riskini azaltmada təsirlidir. Beyin inkişafını dəstəkləyir. Antioksidant təsiri ilə maddələr mübadiləsini gücləndirir. Bir pors çiyələk C vitamin ehtiyacını qarşılayır.
Duzlu çubuqlar istifadə edərkən vücuda nə qədər duz qəbulunun fərqində olmaya bilərik. Bu vəziyyət yüksək təzyiq və infarkt, bəzi xronik xəstəliklər baxımından riski artırır.
Banan B6, C vitamin və potassium qaynağıdır. Bir ədədi 105 kkaldır.
Noxud A,C,B6,B12 və E vitaminləri ilə zəngindir. Həmçinin lif miqdarı yüksəkdir.
Qara sarımsaq vitamin və mineral qaynağıdır. Tərkibində B1, B6, C vitamini ilə kalsium, kükürd, fosfor mövcuddur. Antioksidant cəhətdən zəngindir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1