Dil:
Azərbaycanca
Hansı qidalar hansı xəstəliklərdən qoruyur?
09 May 2018 6564Düzgün qidalanmaqla bir sıra xəstəliklərin qarşısını ala bilərsiniz.
B6 və B9 vitaminləri ilə zəngin olan kəpəkli çörək immuniteti qoruyur, sinir sistemini gücləndirir. Tərkibindəki protein isə sümüklərin daha sağlam olmasını təmin edir.
Kök – tərkibində karoten maddəsi mövcuddur. A vitamini maddələr mübadiləsini gücləndirir. Bununla yanaşı vücudu infeksiyalara qarşı qoruyur.
Banan – Ən böyük təsirlərindən biri isə uzunmüddət tox tutmasıdır. Banan yeyərək arıqlaya bilərsiniz.
Qırmızı bibər, yaşıl bibər ... Ləzətli dadı ilə bir çox yeməklərin bəzəyidir. A,C, E vitaminləri cəhətdən zəngin bibərin faydaları çoxdur. Ən əsası isə xolestrini aşağı salır. İltihabı azaldır, saçları və dərini parlaqlaşdırır. Daha gənc görüntü verir.
Göyərtilərdən bol yeyərək ürək xəstəliklərinə səbəb olan iltihablardan xilas ola bilərsiniz.Bir çox xəstəliklərdən vücudunuzu qoruya bilərsiniz. Qırmızı qan hüceyrələrini istehsal edir. Maddələr mübadiləsini gücləndirir. Həzmi asanlaşdırır.
Lobya vücudu yeniləyir. Ət yemə şansınız yoxdursa protein üçün bol lobya yeyin.
Toyuq yumurtasının içində 12 vitamin mövcuddur. Amino asid cəhətdən zəngin olan yumurtanın sarısı D vitamini ilə zəngindir. Vücudun inşa edilməsində çox təsirlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1