Dil:
Azərbaycanca
Hamiləlik zamanı yaranan sistit
16 Avqust 2020 11942Sistit qadınlar arasında ən geniş yayılmış uroloji xəstəliklərdəndir.
Hamilələrdə sistit hormonal dəyişiklik fonunda və immunitetin zəifləməsi nəticəsində yaranır. İmmunitetin zəifləməsi infeksiyanın artmasına və iltihabın inkişafına yol açır.
Bəs hamiləlikdə sistitin əlamətləri nədir?
-tez-tez sidik ifrazının olması
-qarnın aşağı nahiyəsində ağrıların olması
-bəzən hərarətin yüksəlməsi
-sidikdə qanın olması
-ağrılı sidik ifrazı
Diaqnozu iki formada qoyulur:
Sidiyin ümumi müayinəsi və Usm yolu ilə.
Sistitin 2 forması mövcuddur: kəskin və xroniki.
Bəs necə qorunmaq lazımdır?
-sidik kisəsini mütəmadi olaraq boşaltmaq
-soyuqdan qorunmaq və çəkinmək
-düzgün qidalanmaq (qida rasionunuzdan duzlu, acı, turş, qızartma qidaları, kofeni, sitruslu içkiləri çıxarmaq)
-çoxlu miqdarda maye qəbul etmək
-idmanla məşğul olmaq
-gigiyena qaydalarına riayət etmək
-İtburnu dəmləməsi qəbul etmək
Xəstəliyin əlamələri baş verən zaman həkimə müraciət etmək lazımdır. Düzgün müalicə ilə hamiləliyi sağlam başa vurmaq mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1