Dil:
Azərbaycanca
Hamiləlik müddətində nələr olmaz?
31 Mart 2018 9290Hamilə zamanı qidalanma döl üçün böyük əhəmiyyətə malikdir.
Türkiyəli ginekoloq Fulya Çağlı bu barədə vacib məlumatlar verib. Hamiləlikdən öncə və hamiləlik zamanı alınan artıq çəkilər, həm ana, həm də uşaqlarda bir çox problemlərə səbəb olur. Piylənmə xəstəliyi ana və uşağın sağlamlığını təhlükə altına salır.
Hamiləlikdən öncə və sonrası piylənmə yüksək təzyiq, hamiləlik zəhərlənmə, diabet, düşük, doğuşdan sonra qanaxma, infeksiyalara səbəb ola bilər.
Bu problemlərin qarşısını almaq üçün hamiləlikdən öncə ana namizədləri çəkilərini nəzarət altında saxlamalıdırlar.
Artıq çəki zamanı isə hamiləliyin ilk 4 ayında arıqlamaq üçün pəhrizlər saxlanılmalıdır.
Hamiləlik zamanı mütəmadi olaraq idman hərəkətləri ilə məşğul olmaq mühümdür.
Normal kiloya sahib olan insanların, hamiləlik müddətində 10-14 kq kökəlməsi normal qəbul edilir. Ancaq artıq çəki ilə hamilə qalan xanımlar bu müddətdə 6-7 kq-dan artıq kökəlməməlidirlər.
Hamiləlik zamanı həftədə 3-5 gün 30 dəqiqəlik gəzintilər olmalıdır. Yoga da hamiləliyin ilk həftələrindən etibarən vacibdir. Hərəkətlərin yeməklərdən 45 dəqiqə sonra edilməsi qan şəkərinin düşməməsi üçün məsləhət edilir.
Süd və süd məhsulları kifayət qədər yeyilməlidir. Süd və qatıq hamiləliyin ilk 3 ayında 2 stəkan, 3-cü Aydan sonra 3 stəkan olaraq istifadə edilməlidir.
Səhər yeməyində 1 yumurta və 1 kibrit qutusu pendir yeyilməlidir.
Mövsüm meyvələri 3-4 porsiyon istifadə edilməlidir.
Ətin yerinə toyuq yeyiləcəksə qatqısız toyuq olmasına diqqət verilməlidir.
Hamilələr gündə 3 litr kimi su qəbul etməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1