Dil:
Azərbaycanca
Hamınızın tanıdığı bu dərman öldürə bilər
18 Sentyabr 2018 8823Oksford universitetinin alimləri şok nəticəyə gəliblər. Sən demə, hamının yaxşı tanıdığı “Aspirin”in gündəlik qəbulu ölümlə nəticələnə bilər.
İlkin məlumata görə, bu preparat hər gün onlarla insanın həyatına son qoyur. Təkcə Böyük Britaniyada “Aspirin” 20 min insanı müxtəlif xəstəliklərə düçar edib ki, nəticədə onlardan 3000-ni həyatını itirib.
Statistikaya görə, dünyada yaşı 75-dən yuxarı olan insanların 40%-i qanı durultmaq məqsədilə “Aspirin”dən müntəzəm olaraq istifadə edir.
Uzun müddət hesab olunurdu ki, bu dərman vasitəsilə tromb yaranmasının qarşısını almaq və bunula da insult və infarkt riskini azlatmaq olar. Lakin ekspertlər hesab edirlər ki, bu, heç də belə deyil. Belə ki, “Aspirin” qəbulu bütün sistem və orqanlara pis təsir göstərə bilər, çünki bu preparatın ayrı-ayrı fraqmentləri hüceyrəyə daxil olub, orada çöküntü yaradır.
“Aspirin”in ən təhlükəli tərkibi isə 75S zülalıdır. O, hüceyrələrin qismən dağılmasına və hətta xərçəng şişlərinin yaranmasına gətirib çıxara bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1