Dil:
Azərbaycanca
Hər gecə etdiyiniz bu vərdiş xəstəlik yaradır
26 Mart 2018 8564Bəziləri hər gecə başlarının üstünə içmək üçün su qoyur. Ancaq etdikləri bu vərdişin necə təhlükəli olduğunun fərqində deyillər.
Su içmək, vücudumuz üçün böyük əhəmiyyətə malikdir. Ancaq yanlış zamanda içildiyi zaman təhlükə saçır. Əsas təhlükə yatan zaman su içmək deyil, qalxdığınız zaman başınızın üstünə qoyduğunuz suyu içməkdir.
Gecə ərzində suyun həm dadı, həm də quruluşu pozulur. Çünki gecə gözlə görmədiyiniz bakteriyalar hava yolu ilə suya düşür.
Bu səbəbdən su içmək faydalıdır deyə düşünüb necə gəldi istifadə etmək tövsiyə edilmir.
Günə qəhvə yerinə su ilə başlayın.
Səhər yeməyindən öncə bir və ya iki stəkan su içmək həzm sistemindəki toplanmış toksinləri təmizləyir. Bunu yeməzdən 20 dəqiqə öncə edin. Əgər suyu ilıq formada və bir az da limon suyu qataraq içsəniz bağırsaqların fəaliyyətinə də kömək etmiş olarsınız.
Əgər üzünüz və ya göz qapaqlarınız şişdirsə böyrəklərinizin də çalışmasına kömək edəcək.
Aclıq hiss etdiyiniz zaman da su içməyin özünəməxsus faydası mövcuddur.
Xüsusilə də arqlamaq istəyənlər bu üsuldan çox istifadə etsinlər. Bunun üçün hər aclıq hiss etdiyiniz zaman su için. Əgər bir neçə dəqiqə sonra yenə aclıq hiss edirsinizsə yemək yeyə bilərsiniz.
Gecə ərzində açıqda duran suyu içdiyiniz zaman bakteriyalar da su ilə birlikdə sürətlə vücudunuza daxil olur və sağlamlığınız üçün təhlükəli hala gəlir. Əgər başınızın üstünə su qoymaq istəyirsinizsə ağzı qapalı qabda qoyun.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1