Dil:
Azərbaycanca
Gecə tərləməsinin səbəbləri
21 İyun 2018 11872Gecə tərləməsi adətən klimaks səbəbilə baş verir. Digər tərəfdən baş verən neyroloji problemlər, xərçəng, qan şəkərinin aşağı enməsi də tərləməyə səbəb ola bilər.
Aparılan araşdırmalara görə, qadınların 3-də 2-də istilənmə hiss edilir. Bu da həddindən çox tərləmə ilə nəticələnir.
Həmçinin spirtli içkilər, ədviyyatlı yeməklər, kafein, stress də tərləməyə yol aça bilər.
Hormonal pozuntular da bunun digər bir səbəbidir.Müxtəlif hormonal pozuntular gecə tərləməsinə yol aça bilər. Digər yandan tiroidin həddin artıq çalışması, bağırsaq, ağciyərdə yaranan şişlər tərləmənin səbəbi ola bilər.
Qan təzyiqini aşağı salan dərmanlar, qızdırma salan dərmanlar gecə tərləməsinə yol aça bilər.
Stress, əsəb sisteminin pozulması da buna səbəb ola bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1