Dil:
Azərbaycanca
Gəyirməni necə aradan qaldırılmalı?
25 İyun 2018 9975Gəyirməni ortadan qaldırmağın bir sıra üsulları mövcuddur.
Hamiləlik zamanı gəzinti, yüngül hərəkətlər normal hal olduğu üçün belə hərəkətlərin sayəsində gəyirməni azalda bilərsiniz. Bununla birlikdə hamilə olmayan insanlar da idmanla məşğul olaraq gəyirmənin qarşısını ala bilər. İdman hərəkətlərinin, şişkinliyin qarşısını alması və həzmin sürətlənməsi kimi faydaları mövcuddur.
Yeməklərin daha yavaş şəkildə yeyilib içilməsi tövsiyə edilir. Stresli şəkildə yemək yemək də gəyirməyə səbəb ola bilər. Bel nahiyəsini sıxmayan paltarlar seçilməlidir.
Bitkilərlə də gəyirməni azaltmaq mümkündür.
Nanə, razyana, çobanyastığı, zəncəfil kimi bitkilər qaz problemlərinə faydalıdır. Bu da həmçinin gəyirməni yüngülləşdirər.
Reflüks xəstəliyinə qarşı istifadə edilə biləcək anti asidik reseptsiz buraxılan dərmanlar da gəyirməni azalda bilər.
Qəhvə və spirtli içkilər istifadəsi azaldılmalıdır.
Brokoli, mərcimək, lobya, alma, soğan, şokolad, şəkər kimi şişkinlik yaradan qidalar məhdud sayda istifadə edilməlidir.
Siqaretdən istifadə vəziyyəti daha da gərginləşdirər.
Qazlı içkilərin istifadəsini azaltmaq lazımdır. Mümkün olduğu qədər burundan nəfəs alınmalıdır.
Bununla yanaşı ağzınızı bağlayaraq yemək yeyilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1