Dil:
Azərbaycanca
Günəş yanığından asanlıqla xilas edən təbii üsullar
05 May 2018 9071Günəş yanığı yayda əksər insanın başına gələ biləcək problemdir. Günəşin zərərli şüalarına məruz qalmısınızsa məqaləni diqqətlə oxuyun.
Şiddətli günəş yanıqları adətən 2 həftə ərzində keçir. Ancaq bundan sonra isə dərinizdə qızarıqlıqlar, maye ilə dolu qabarcıqlar meydana gələ bilər.
Təbii vasitələrlə bu problemlərdən xilas ola bilərsiniz.
Hansısa kremdən istifadə etmədən günəşə çıxmaq zərərlidir. Çünki bu zaman dəri qorunmasız qalır. Nəticədə isə keçməyən günəş yanıqları yarana bilər.
İlk təbi üsul alma sirkəsidir. Göbələk infeksiyaları kimi müxtəlif dəri problemləri üçün təsirli dərman olan alma sirkəsi, günəş yanıqlarından əziyyət çəkən bir çox insan tərəfindən sınanılıb və razı qalınıb. Alma sirkəsi sadəcə qızarıqlığı azaltmaz, eyni zamanda dərinin soyulmasına da maneə olur.
Kiçik sprey şüşəsini yarıya qədər su ilə doldurun.
Digər yarısını isə alma sirkəsi ilə doldurun.
Sirkəni günəş yanığı olan dəriyə sirkəli suyu tökün.
4-5 saatdan bir 3-4 gün ərzində bunu tətbiq edin və təkrarlayın.
Kokos yağı sizin möhtəşəm dəriyə qovuşmağınızı təmin edəcək. Kokos yağı ilə dərinizi zərərli ultrabənövşəyi şüalardan qoruya bilərsiniz.
Bunun üçün barmaqlarınızdan istifadə edərək dərinizə kokos yağını çəkin və yumayın. 2-3 dəfə 4-5 saatdan bir tətbiq edin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1