Dil:
Azərbaycanca
Dodaqlarda yaranan hissizlik nədir?
08 İyun 2018 20601Dodaq hissizliyi dodağınızın bütün və ya yarım hissəsində müşahidə edilə bilər. Bu hissizlik dodaqlarda uyuşma olaraq özünü biruzə verir. BU bəzən hansısa xəstəliklərin əlaməti olaraq da baş verə bilər. İlk olaraq hissizliyin səbəbi müəyyən edilməlidir.
Hissizliyə səbəb olan və ən sıx görülən səbəblərdən biri qan dövranının zəifləməsidir. Bu zaman dodaq ətrafında olan qan damarları daralır və dodaqda uyuşma hissi oyadır.
Dodağı hissizləşdirən bir digər səbəb isə allergiyadır. Müəyyən qidalardan sonra isə dodaqda şişmə hissi yarana bilər. Bu uyuşmalar bir neçə dəqiqə davam edə bilər.
Stress səbəbindən tənəffüs sürətlənir və daha dərin baş verir. Bu tip tənəffüs ilə qandakı karbondioksit çoxluğu azalır və şəxsdə anksiyeteyi yüksəldir. Beləliklə şəxsin əl, ayaq, dodaqlarında uyuşma meydana gəlir.
Dodaqlarımız da dərimiz kimi istiliyə və ya soyuqluğa qarşı reaksiyalar verə bilər. Dodaqlarda hissizləşmə yarada bilər. Soyuq zamanlarda isə dodaqlarda büzüşmə baş verə bilər.
Şəxsin qan dəyərlərinin müəyyən səviyyələrin altında olması vücudda problemlərə səbəb ola bilər. Qandakı potasium, fosfor, sodium səviyyələri gərəkli göstəricinin altında olarsa qanda kimyəvi tarazlıq pozular və bu da uyuşma yaradar.
Bəzi xəstəliklər də dodaqlarda uyuşma yarada bilər. Bunlardan biri raynaud sindromudur. Bu sindromda burun, qulaq, dodaq, ayaq və barmaqlarda mövcud olan qan damarlarının daralması ortaya çıxar. Beləliklə qan axışı zəifləyir və bu hissələrdə uyuşma meydana gələ bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1