Dil:
Azərbaycanca
Doğuş çantası necə hazırlanmalıdır?
13 Aprel 2018 13862Doğuşa aylar öncə qalmış ana və ata hazır olmalıdırlar. Xüsusilə də doğuş çantası hazır olmalıdır. Çünki son anda bir çox ehtiyac yaddan çıxa bilər.
Bu yazıda doğuşdan öncə və sonra gərəkli əşyaların siyahısını öyrənəcəksiniz.
Uşağın ilk dəqiqələrini daima xatırlamaq üçün çantaya fotoaparat qoyula bilər.
Ana üçün:
– Əmizdirmə asan olsun deyə öndən düyməli gecəlik və ya gecəlik;
– Ev paltarı;
– Rahat ayaqqabı;
– Mövsümə uyğun qalın ya da incə corab;
– Alt paltarı;
– Süd vəzi bezi;
– Baxım üçün lazımi məhsullar;
– Xəstəxanadan çıxan zaman geyəcəyiniz üçün paltar və ayaqqabılar;
– Pul çantası.
Körpə üçün:
– Bodilər (Ancaq ütülənmiş, markaları kəsilmiş olmalıdır) – Yaz-yay aylarında qolsuz, qışdırsa uzun qollu içdən geyinilməli bodilər;
– Pambıqlı corab;
– Uzun qollu tulum;
– Jaketlər (nazik və ya qalınlar);
– Əlcəklər;
– Papaqlar;
– Uşaq adyalı;
– Prisipka, körpə yağı, incə materiallı ağız silmək üçün dəsmallar;
– Uşaq bezləri.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1