Dil:
Azərbaycanca
Dil xərçənginə diqqət edin – Bu yaralar varsa...
13 Avqust 2018 11696Əgər dilinizin üzərində kənarları hamar olmayan yara çıxıbsa və həftələr ərzində davam edərsə, əksinə olaraq daha da böyüyərsə lor həkiminə müraciət etməkdə fayda var. Diqqət etmədiyiniz dil yaraları ciddi xəstəliklərin xəbərçisi ola bilər.
Dİl üzərində çıxan yaralar – Dil xərçənginin ən vacib əlamətidir. Yaralar dilin hər yerində ortaya çıxa bilər. Əgər yaralar uzunmüddət davam edirsə diqqət edin.
Dil üzərində şişlər anormal sərtlik yarada bilər.
Boyunda şişlik – Şiş, boyundakı linfa vəzlərinə sıçradığı zaman şişkinliyə səbəb ola bilər. Boynun eyni nahiyəsində həftələr, aylar ərzində gedərək böyüyən, kiçilmə göstərməyən, sərt, ətraf toxumalara yapışdığı üçün hərəkət qabiliyyətini itirmiş şişlərə diqqət edin. Çünki xərçəng cəhətdən şübhə yarada bilər.
Danışmaqda dəyişiklik – Dİl xərçəngi dildə hərəkət pozuntularına yol aça bilər. Dilin ağızda hərəkəti çətinləşir.
Dildə ağrı və qanaxma – Dil xəstəliyi dildə ağrılara yol aça bilər. İrəlilədiyi zaman qanaxmalara səbəb ola bilər. Bu ağrılar qulaqlara belə sıçray bilər. İstənilməyən ağız qoxusu da gəlirsə vaxt itirmədən həkimə müraciət edin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1