Dil:
Azərbaycanca
Dağınıq skleroz ən ciddi autoimmun xəstəliklərdən biri olub, özünü baş və onurğa beyin liflərinin zədələnməsi ilə biruzə verir. Bu xəstəlik insanın tamamilə iflic olmasına gətirib çıxara bilər. Dağınıq skleroz həm də əqli qabiliyyət və orqanizmin bütün sistemlərinə də öz təsirini göstərir.
Bu yaxınlara qədər xəstəliyin nəticələrini aradan qaldıran effektiv preparat yox idi. Mövcud olan bütün vasitələr yalnız pasiyentin vəziyyətini stabilləşdirə və gələcək resedivlərin qarşısını ala bilirdi.
Lakin sinir liflərinin bərpasından söhbət gedə bilməzdi. İndi isə britaniyalı alimlər iddi edirlər ki, problemin həlli var.
Tədqiqatçılar dağınıq sklerozdan əzityyət çəkən laborator siçanlar üzərində bir neçə praktik təcrübə keçiriblər. Onlar siçanlara müəyyən miqdarda requlyator T-limfositləri yeridiblər. Bu iynələr vurulduqdan bir neçə həftədən sonra müəyyən olub ki, mielin qişası bərpa olunmağa başlayıb.
Bu, birbaşa onu sübut edir ki, requlyator T-limfositlər xəstəliyin təsirindən zədələnmiş baş və onurğa beyin liflərinə regenerasiyaedici təsir göstərir.
Müəyyən olunmuşdur ki, requlyator T-limfositləri kök hüceyrələrə təsir edərək, oliqodendrositlərin yetişməsinə şərait yaradıb. Mərkəzi sinir sistemində mielin qişasını məhz bu birləşmələr yaradır.
Bundan başqa, müəyyənləşdirilmişdir ki, bərpa prosesində CCN3 zülalı da iştirak edib.
Mütəxəssislər qeyd edirlər ki, by sahədə hələ tədqiqatlar aparılacaq, çünki mielin qişasının bərpaedilmə prosesini tam müəyyənləşdirmək lazımdır.
Həmçinin, dağınıq sklerozun inkişaf mərhələləri və T-limfositlər arasında qarşılıqlı əlaqə də hələ ki, məlum deyil.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1