Dil:
Azərbaycanca
Dəridəki sızanaqlar hansı xəstəliyin əlamətidir
14 Avqust 2018 9166Hər kəs təmiz üz dərisinə sahib olmaq istəyir. Səhər oyandığınız zaman üzünüzdə çıxan sızanaq isə kefinizi həddindən çox poza bilər. Buna bir çox faktor təsir edə bilər. Bu barədə türkiyəli dermatoloq Canan Öztürk vacib məlumatları nəzərə çatdırıb.
Diqqət edilməyən sızanaqlar isə şişlərin xəbərçisi ola bilər. Yeniyetməlik dövründə bu təbii sayılır . Səbəb isə inkişaf zamanında hormonal dəyişikliklər səbəbilə bunların baş verməsi normaldır.
Ancaq xüsusilə də qadınların bel nahiyəsində yağlanma, keçməyən sızanaqlar, çənə hissəsində tüklənmə varsa yumurtalıq şişinin əlaməti ola bilər. Hamiləlik zamanı isə bəzi qadınlarda sızanaqların artması mümkündür.
Şəkər miqdarı yüksək olan bulku, şokolad, qazlı içkilərin qəbulu zamanı insulin miqdarı artaraq sızanaqlara yol aça bilər.
Sızanaqların müalicəsində xüsusilə səbrli olmaq, həkimin dediklərini zamanında etmək gərəklidir. Şişliklərlə oynamaq, sıxmaq ən çox edilən yanlışlardan biridir. Evdə istifadə edilən mineral su, sirkə, limon kimi məhsullardan düşünmədən istifadə etmək dəridə ləkə, yanıq izləri yarada bilər.
Müalicə sızanaqların şiddətinə görə təyin edilir. Dəri tipinə uyğun yuyunma geli, nəmləndirici, günəş kremindən istifadə alışqanlığı olmalıdır.
Dəri çox yağlıdır deyə tez-tez dərini yumaq da düzgün addım deyil. Bəzi sızanaqlar üçün müəyyən kremlərdən istifadə edilir. Və ya vəziyyətə uyğun olaraq dərman müalicəsi təyin edilir. Orta və ağır şiddətli sızanaqlar zamanı isə antibiotiklərdən istifadə faydalı ola bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1