Dil:
Azərbaycanca
Dırnaq ətinin soyulmasının qarşısı necə alınmalı?
12 Aprel 2018 16502Əllər və dırnaqlar mikrobların yoluxmağı üçün çox açıq vəziyyətdədir. Dırnaq ətrafındakı dəri də çox incə olduğundan asanlıqla soyula bilir və hətta qanayır. Stress zamanlarında isə dırnaq əti yemək kimi vərdiş də yaranıbsa bu əllərin pis görünməsinə səbəb olacaq.
Dırnaq əti soyulmalarının səbəbləri quruluq, dırnaq yemək, yanlış manikür, həddindən çox əl yumaq ola bilər.
Yuyucu tozlardan istifadə zamanı mütləq əlinizə əlcək geyinin.
Manikürə gedəcəksinizsə oranın təmiz, steril olduğundan əmin olun.
Əllərinizi yuyan zaman dırnaqlarınızı yumşaq bir fırça ilə fırçalayın ki o qismlərdəki ölü dərilərdən xilas olun.
Dırnaq boyası dırnaq ətinə zərər verməz amma çox uzunmüddət qalarsa hava almasının qarşısını al abilər.
Bol su için.
Dırnaq ətlərinizi C vitamininin yaxşılaşdırıcı təsiri üçün limon ilə ovalayın.
Dırnaq ətlərini yumşaldan üsullardan da istifadə edə bilərsiniz.
Normalda əl kremindən istifadə etmək və bu vəziyyətdə iş tutmaq əksər insanlar üçün diskomfort hissi yaradır. Bunun üçün kremi çəkin 10-15 dəqiqə gözlədin. Daha sonra isə əlcəkləri geyinin.. Və ya yatmazdan öncə kremi çəkin ki səhərə qədər əlləriniz yumşalsın. Bununla dırnaq ətinin soyulması azalacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1