Dil:
Azərbaycanca
Düzgün bilinən qidalanmada edilən səhvlər
24 Sentyabr 2018 7163Bəzi insanlar doğru qidalanmaq istəsə də yanlışlıqlara yol verirlər. Bunun səbəbi isə bəzi məqamlara diqqət verməmələridir.
Təbii zənn etdiyimiz qidaların bir çoxu dərman tərkibli ola bilər. Mütəxəssislər, təbii meyvələri seçməyin asan yolundan bəhs ediblər. Belə ki, bunun üçün forması düzgün olmayan meyvələri almalısınız. Həmçinin qurdludur deyə almadığınız meyvələr əslində organik və faydalıdır.
Meyvə sularının tərkibində çox sayda şəkər mövcuddur. Bu da həddindən çox yemə və artıq çəkiyə səbəb yaradır. Meyvə suyu nə aclığınızı nə də susuzluğunuzu təmin edə bilər. Bunun əvəzinə isə yeni sıxılmış meyvə sularını için.
Qəhvəyi rəngli yumurtaların kənd yumurtası olduğuna dair olan fikirlər tamamilə yanlışdır. Sağlamlıq cəhətdən isə otluqda gəzən və qidalanan toyuğun yumurtaları tövsiyə edilir.
Sağlam pəhriz və qidalanma üçün tərkibində yağ miqdarı az olan qidaları seçməlisiniz. Sağlam bir bədənin yağa ehtiyacı var. Kifayət qədər qəbul edilən kərə yağı və zeytun yağı insan vücudu üçün əsasdır.
Quru meyvələrin faydalı olduğu düşünülür. Mütəxəssislərə görə, isə bu, həmin meyvələrin qurudulduğu şəraitdən asılıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1