Dil:
Azərbaycanca
Corabla yatmaq zərərlidir?
14 May 2020 9840Bir çox insan, gecələr corabla yatmağı vərdiş halına gətirib. Dərin yuxu üçün ayaqlarını isti tutmaq vacibdir ancaq bunun zərərli ola biləcəyini də düşünməlisiniz.
Bəs corabla yatmaq zərərlidir?
Mütəxəssislərə görə, corabla yatmaq vücudunuzun dövran sisteminə mənfi təsir göstərə bilər. Yataqda dar və çox qalın, sərt corabla yatmaq vücuda mənfi təsir göstərir. Belə ki uzunmüddət corabla yatmaq, ayağınızda göyərmələrə, ağrılara yol aça bilər.
Bundan əlavə allerjik reaksiyalara səbəb ola bilər. Buna səbəb isə corabın materialıdır. Nə qədər yuyucu tozla yuyulub qurulansa da tərkibində az da olsa kimyəvi maddə mövcud olur. Bu da allerjik təsirlərə məruz qalmağınıza səbəb olur.
Corabla yatmaq dırnaq batmalarına yol aça bilər.
Əgər corabla yatmaq sizin üçün bir vərdişdirsə, irəliləyən illərdə dırnaq problemləri ilə qarşılaşa bilərsiniz. Dırnaq batması və dırnaq forma pozğuntuları corabla yatmağın gətirdiyi zərərlər sırasındadır. Həmçinin dırnaqda yara və iltihablanma ciddi ağrılara yol aça bilər.
Əgər vərdiş halına gətirmisinizsə yaxşı olardı ki, nazik corabla yatasınız. Bu daha az zərər riski deməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1