Dil:
Azərbaycanca
Burundan anidən gələn mayenin səbəbləri
06 İyun 2018 15454İnsan vücudundakı ən vacib orqanlardan biri burundur. Ancaq bəzi səbəblərə görə, burundan anidən maye gələ bilər. Adətən qorxulacaq səbəb olmur. Nadir hallarda hansısa xəstəlik əlaməti ola bilər.
Burunda bəzi səbəblərə görə, maye axışı ortaya çıxa bilər. Bu problemin ən vacib səbəbləri arasında sinüzit gəlir. Bu, adətən sinüs infeksiyası, başın içində yer alan sinüs boşluğunun iltihablanması nəticəsində ortaya çıxır. Burun tıxanıqlığ, baş ağrısı, qızdırma, halsızlıq kimi şikayətlər sinüzitin əlamətləri arasında yer alır.
Allergiya bir çox insanda görülə bilən sağlamlıq problemidir. Siqaret tüstüsü, parfüm, otaq spreyi və s. İnsan vücuduna təsir göstərə bilər. Allergiyanın ən çox görülən əlaməti burundan mayenin gəlməsidir. Həmçinin baş ağrısı, görmə, eşitmə qabiliyyətinin itməsi əlamətlər sırasında yer alır.
Burundan ani şəkildə gələn mayenin səbəbi araşdırılmalıdır. Əgər burundan gələn mayenin altında yatan səbəb sinüzitdirsə, gündə 2,5 ya da 3 litr su içməyiniz gərəklidir. Həmçinin immunitet sisteminizi gücləndirmək üçün meyvə, tərəvəz, protein tərkibli qidaları yeməlisiniz.
Təbii antibiotik olan soğan və sarımsağı yeməklə isə tez zamanda sinüzitdən xilas ola bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1