Dil:
Azərbaycanca
Bu qidaları yeyən zaman daha diqqətli olun – Tez xarab olur
09 May 2018 7225Bakteriyalar qidalar üzərində sürətlə yayılır. Ancaq istidə qalan yeyəcəklərdə bakteriyalar daha sürətlə inkişaf edərək yayılır. Araşdırmalara görə, 20 dəqiqə çöldə qalan bir qidada bakteriyalar sürətlə yayılır.
Hazır ətlər və yumşalmış pendirlər – Bir neçə həftə rəfdə qaldığı zaman tərkibində listerya adlı bakteriya yarana bilər. Bu qidalardan istifadə edən insanlarda bu viruslara yoluxma halları baş verə bilər.Bu zaman isə yüksək qızdırma, qarın ağrısı kimi problemlər yarana bilər.
Az bişmiş toyuq – Uzun müddət saxlandığı təqdirdə pozulan qidalar arasında az bişmiş toyuqlar da var. Salmonella bakteriyası riski yüksək olan az bişmiş toyuqlar üçün vacibdir. Bakteriyadan xilas olmaq üçün toyuqlar yaxşı bişməlidir.
Meyvə quruları üzərində heyvanlardan keçə bilən bakteriyalar yarana bilər. Yerdən toplanılaraq istifadə edilən çiy meyvə quruları və ləpələr yeyən zaman diqqətli olun.
Çiy dəniz balıqları da bu siyahıya daxil edilir. Qısa müddətdə bakteriyaların toplandığı məhsullar arasında çiy dəniz məhsulları da yer alır. Bu qidaların həddindən artıq istifadəsi zərərli olduğu üçün dəniz məhsullarını bişirmədən istifadə etməyiniz tövsiyə edilir.
Toyuqlarda görülə bilən salmonella bakteriyaları toyuqdan yumurtaya keçə bilər. Bu səbəbdən içindəki bakteriyaları öldürəcək istilikdə bişirmək lazımdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1