Dil:
Azərbaycanca
Bu qidaları çiy yeməyin
23 Aprel 2020 12210Bir çox insan qidaların çiy yeyilməsinin daha faydalı olduğuna inanır. Ancaq bəzi qidalar var ki onları heç bir şəkildə çiy yemək faydalı deyil.
Çiy yeyilməməsi gərəkən qidaların adlarını təqdim edirik:
Brokoli - kələm ailəsinin digər üzvlərindəndir. Ancaq çiy şəkildə yeyildiyi zaman şişkinlik hissi verir. Bu səbəbdən bişirməyinizdə fayda var.
Badımcan – Tərkibində kalsiumun sovrulmasını azaldan solanin mövcuddur. Bu da qastrointestinal sistemi zədələyə bilər. Bunun nəticəsində mədə ağrısı, mədə bulantısı, baş ağrısı, qusma problemi yaşaya bilərsiniz. Bişirdiyiniz zaman solanini məhv edə bilərsiniz.
Kartof – Çiy yeməmək ən yaxşısıdır. Günəş işığına məruz qaldıqları üçün tərkibində təhlükəli miqdarda solanin mövcuddur. Bu da badımcanı çiy yeməklə eyni təsirə malikdir.
Çiy lobya dənələri – Ləzzətsizdir. Həmçinin mədə ağrılarına, qusma, ishala səbəb ola bilər.
Bu səbəbdən çiy yediyiniz zaman iki dəfə düşünün.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1