Dil:
Azərbaycanca
Blefaroplastika əməliyyatı nədir?
13 May 2020 11634Göz qapağı estetikası və ya blefaroplastika, alt və üst göz qapaqlarına tətbiq olunan, düşmüş dəri, əzələ toxumasının çıxarılması, göz ətrafı toxumalarının dartılması üzrə həyata keçirilən cərrahi əməliyyatdır.
Yaşın irəliləməsi, ətraf mühit dəriyə mənfi təsir göstərir. Bu müddətdə göz qapaqlarında torbalanma, dəridə bollaşma, rəng dəyişmə, qırışıqlıqlar görülə bilər. Günəş işıqlarına məruz qalma, hava kirliliyi, həddindən artıq siqaretdən istifadə kimi nüanslar dərinin qocalma müddətini sürətləndirir.
Dəri, elastik quruluşa sahibdir. Yaşlar irəlilədikcə elastiklik mərhələli formada azalır.
Bəs alt və üst göz qapaqlarında müşahidə edilən yaşlanma əlamətləri nədir?
Göz altlarında torbalanma və rəng dəyişimi
Üst göz qapağının enməsi
Dəridə qırışıqlıqlar
Yorğun üz ifadəsi
Göz kənarında xətlər
Blefaroplastika, adətən qaş qaldırma, alın qaldırma və endoskopik orta üz əməliyyatları ilə birlikdə tətbiq olunur. Bununla birlikdə qaşlarda, qaş altında baş verən enmələr zamanı da tətbiq oluna bilər.
Qeyd edək ki, bu əməliyyat professional həkim tərəfindən həyata keçirilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1