Dil:
Azərbaycanca
Biz necə donor olduq?
02 Noyabr 2018 7838Hələ yaxın keçmişdə - 19-cu əsrdə avropalılar orta hesabla 42 il yaşayırdılar. Üçdən biri uşaq vaxtı, digər üçdən biri isə 10 yaşınadək həyatını itirirdi. Ömrü 50 ildən çox olanlar xoşbəxt sayılırdılar.
Müasir dövrdə tibbi kəşflərin sayəsində milyonlarla insanın həyatı xilas olunur. Onlardan biri də qan köçürülməsidir.
19-cu əsrin ortalarında rəsmi olaraq, 50 qan köçürülməsi qeydə alınmış, onlardan təqribən üçdən biri uğurla başa çatmışdı.
1900-cu ildə avstriyalı həkim Karl Landşteyner bu təcrübələri sistemləşdirməyə müvəffəq oldu. O, özündən və əməkdaşlarından qan götürərək, alınan qarışığı sentrafuqdan keçirdi. Nəticədə, eritrosidlərin bitişməsini və çöküntü verməsini qeydə aldı. Bununla üç qan qrupu müəyyən edildi. Sonralar Landşteynerin davamçıları dördüncü qan qrupunu da aşkara çıxardılar. Bu, kəşf milyonlarla insanın həyatını xilas etdi, həkim isə bu kəşfinə görə Nobel mükafatı qazandı. Landşteynerin doğum günü - 14 iyun “Donor günü” kimi qeyd olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1