Dil:
Azərbaycanca
Barmaq əmmənin uşağa zərərləri
30 İyul 2018 8029Yeni doğulmuş körpələrdə görülən barmaq əmmə, ən məsum davranış olaraq görünür. Ancaq irəli yaşlarda fiziki problemlərə səbəb ola bilər.
Uşaqların barmaq əmmə davranışı, doğuşdan sahib olduqları ən güclü reflekslərdən biridir. Bu davranışın, çevrəni tanıma və kəşfetmə ehtiyacından gəldiyi məlum olub. Anaların çoxu, bu davranışın ya acan ya da yuxusu gələn uşaqların gerçəkləşdirdiyi bir davranış olduğunu düşünürlər. İlk əvvəl belə başlayan barmaq əmmə irəlilədikcə problem halına gəlir.
Uşağın inkişafı ilə bağlı həm analara, həm də atalara böyük məsuliyyət düşür.
Barmaq əmmənin hansı səbəbdən qaynaqlandığı təsbit edilməlidir. Uşağın, ətrafında inkişaf edən müxtəlif vəziyyətlər qarşısında göstərdiyi bu davranışların təməlinə baxılmalı və ona görə tədbir görülməlidir.
Barmaq əmmə, 3-4 yaşlarına qədər davam edən davranışdır. Ən gec 5 yaşına qədər davam etməsi təbii olan davranış formasıdır. Davam edildiyi təqdirdə dişlərdə və çənə sümüklərində deformasiyaya səbəb olduğu görülüb.
Valideynlər daima uşaqlarla dialoq halında olmalıdırlar.
Uşağın fikri, diqqəti başqa sahəyə yönləndirilməlidir.
Uşaq əgər dediyinizi etmirsə, uşağınızın fikrini oyunla çəkməyə çalışmalısınız. Bunlar da problemi həll etmirsə həkim müayinəsinə gərək duyula bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1