Dil:
Azərbaycanca
Böyrəklərinizi təmizləyən qidalar
08 May 2018 9505Böyrəklərin vücud daxilində bir çox mühüm vəzifələri mövcuddur. Zərərli toksinləri təmizləmə funksiyası olan böyrəklərin qorunması çox vacibdir.
Bunun üçün də bəzi qidalarla təmizləmək vacibdir.
Müxtəlif meşə meyvələri yeməklə böyrəkləri təmizləyə bilərsiniz. Anti xərçəng xüsusiyyəti olan giləmeyvələri mövsümündə bol yemək lazımdır.
Böyürtkən, moruq antioksidan funksiyası ilə böyrəkləri təmizləyir. Gün ərzində bir ovuc yeməyiniz yetərli olacaq.
Bu orqan üçün vacib olan digər qidalardan biri C vitamini ilə zəngin olan limondur. Çayın içinə sıxaraq və ya salatlarda istifadə edərək gündəlik olaraq limondan yararlana bilərsiniz.
Zəncəfil və sarıkök də böyrəyi qoruyan qidalar arasında yer alır. Yaxşı təsir göstərə bilməsi üçün zəncəfili su ilə qarışdıraraq istifadə edə bilər, şəkər xəstəliyində də effektli olduğu üçün sarıkökü qatıq və ya süd ilə birlikdə yeyə bilərsiniz.
Bu ədviyyat böyrəyi təmizləməklə birlikdə böyrək daşının yaranmasının qarşısını alacaq.
Mədə rahatladıcı xüsusiyyəti olan razyana çayı böyrəkləri qorumaq baxımından da çox faydalıdır. Gündə bir stəkan razyana çayı içərək bu orqanınızı qoruya bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1