Dil:
Azərbaycanca
Uşaqlarda yüksək qızdırma nə zaman təhlükəlidir?
07 Mart 2018 14538Bəzən müşahidə edilən qızdırma xərçəngin əlaməti ola bilər. Uşaqlarda bəzən yüksək dərəcəli qızdırma müşahidə edilir. Bəzən çox qorxulacaq vəziyyət yaransa da, bəzənsə bunun əsaslı xüsusi səbəbi olmaz.
Bu barədə türkiyəli uşaq onkoloqu Atolla Tanyeli məlumat verib.
Onun sözlərinə görə, bəzi uşaqlarda yüksək qızdırma xərçəngin əlaməti ola bilər: “Ən çox 2-5 yaş arasında rastlanılır. Bu dövrdə görülən xərçənglərinin əsas səbəbləri genetik pozuntuların baş verməsidir. Qan xərçəngi belə xəstəliklərin 100-də 40-nı təşkil edir. Anemiya nəticəsində trombositlər inkişaf edə bilər. Anemiya tez yorulma yaradır. Anemiyanın artması ilə ürək döyüntüsü, ürək çatışmazlığı yaranır. Xərçənglə əlaqə olan qızdırma zamanı antibiotiklərin də faydası olmur”.
Həkim, xərçəngin yarandığı nahiyyədə artıq əlamətlərin özünü biruzə verdiyini qeyd edib. Qarın içi xərçənglərdə isə öskürək, nəfəs darlığı, dodaqlarda göyərmə rastlana bilər. Diaqnoz üçün həkim tərəfindən xəstənin tarixçəsi izlənilir və analizlər götürülür. Sümük iliyinin yoxlanılması, biokimyəvi testlər aparılır. Şübhə duyulan xəstələrdə ilk olaraq sümük iliyindən analiz götürülür.
Uşaqlıq zamanında xərçəngin müalicəsinin kimyaterapiya, radioterapiya və kök hüceyrə transplantasiyasının olduğunu vurğulayan mütəxəssis bu üsulların xəstənin cinsinə görə dəyişdiyini bildirib: “Qan xərçənginin müalicəsi zamanı ən çox istifadə edilən üsul kimyaterapiyadır. Uğurlu nəticələr əldə edilir. Təkrarlayan xəstələrdə də klassik kimyaterapiya tətbiq olunur.
Kök hüceyrənin nəqli isə əsaslı müalicə şəklidir”.
Kök hüceyrə özünü yeniləyə bilən hüceyrələrdir. Kök hüceyrənin əsas qaynaqları sümük iliiyi, göbək bağının qanı və periferik qandır. Sümük iliyinin qaynağı xəstənin özüdür. Alternativ donorlar isə ailənin özü, qohumlardır. Əgər ailə içində donor uyğunluğu tapılmassa, digər qohum içində də uyğun olmayan donorların da nəqli köçürülə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1