Dil:
Azərbaycanca
Orqanizmdə klimaks öncəsi və sonrasında nələr baş verir?
07 Mart 2018 14317Qadınlar üçün klimaks yalnız menstruasiyanın bitməsi deyil, eyni zamanda fiziki, sosial və psixolojik dəyişikliklərin də bir arada göründüyü bir dövrdür.
Bu zamanda qadını gözləyən dəyişikliklər barədə türkiyəli ginekoloq Filiz Candan Topuz məlumat verib:
“Klimaks qadının uşaq dünyaya gətirmək qabiliyyətinin sona çatmasıdır. 46-47 yaşlarda görünür. Belə ki, adət görməyən qadın klimaks keçirir deməkdir”.
Topuz, bu müddət haqqında bunları bildirib: Menstruasiya müddəti qısalırsa, (28 gündən bir adət görürsünüzs, 24-25 gündə bir də ola bilər)
- İstilik gəlməsi, tərləmə, ürək döyüntüsünün artışı, gecə yata bilməmək
- Cinsi istək azalıbsa
- Cinsi münasibət zaman quruluq hiss edirsinizsə
- Tualet ehtiyacı saxlana bilinmirsə klimaks dövrünün başlandığı deməkdir.
Bu müddəti rahat şəkildə keçirmək üçün illik ginekoloji müayinələr olunmalıdır.
Uşaqlıq yoxlanılmalıdır. Bu müddətdə ürək döyüntüsü artdığı üçün kardioloji müayinədən keçmək faydalıdır. Bu dövrdə depressiyanın müşahidəsi mümkündür. Ona görə, psixoloji dəstək alınmalıdır. Sümüklər zəifləyə bilər. Bu baxımdan qırılmalar daha asan ola biləcəyi üçün daha çox diqqətli olmaq lazımdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1