Dil:
Azərbaycanca
Uşaqlarda ən çox rastlanan qış xəstəlikləri
07 Mart 2018 15310Uşaqlarda bəzi xəstəliklər ağır formada keçir. Xüsusilə də qış fəslində körpələr virusa daha tez yoluxurlar.
Türkiyəli həkim pediatr Abdurrahman Yıldırım, qışda uşaqlar arasında ən çox rastlanılan xəstəliklərdən danışıb. Onun sözlərinə görə, bu xəstəliklər sırasında qrip, sətəlcəm və digər problemlər dayanır. Maddələr mübadiləsi həssas uşaqlarda havanın təsiri ilə daha tez dəyişərək gücdən düşə bilir.
Ən çox rastlanılan isə qripdir. Havadamcı yolu ilə insandan insana yoluxur. Adi xəstəlikdən öldürücü versiyaya çevrilə bilər. Müddəti 4-7 gündür. Ən ağır forması isə ilk 3 gündə olur. Qızdırma, öskürək, boğaz-baş ağrısı, qusma, ishal xəstəliyin əlamətləridir.
Soyuqdəymə – Uşaqlar ildə 7-8 dəfə soyuqdəyməyə yoluxa bilərlər. Yoluxduqdan 3 gün sonra əlamətləri ortaya çıxır. Burun tutulması, asqırmaq, boğazda qaşıntı, quru öskürək, qızdırma, baş ağrısı, yorğunluq, iştahsızlıq əsas əlamətləridir. Viruslar asqırmaq nəticəsində havaya yayılır. Ağız-burun yolu ilə digərinə yoluxur. Adətən 1 həftə ərzində sağalır. Bəzən isə bu hal 2 həftəyədək uzana bilər.
Sətəlcəm – Ağciyərlərdə bakteriya və ya virusların yol açdığı bir infeksiyadır. Xəstəliyin diaqnozu müayinə, qan, bəlğəm, rentgen vasitəsilə qoyulur. Yaxşılaşma müddəti sətəlcəmin növündən asılı olaraq 1-4 həftə ərzində olur. Qızdırma, öskürək, bəlğəm, tez yorulma, nəfəs darlığı, qarın ağrısı, dodaqda uçuqlama ən çox görülən əlamətlərdir.
Xəstəliyə xüsusilə də körpələrin tutulmaması üçün ehtiyyatlı olmaq vacibdir. Erkən diaqnoz və uyğun müalicə əsas şərtdir. Sinüzit və ağciyər xəstəlikləri də bu qəbilədən sayılır.
– Əllər tez-tez yuyulmalıdır;
– Oyuncaqlar dezinfeksiya edilməli;
– Siqaret çəkilən ortamlardan uzaq durulmalı;
– Gərəksiz antibiotikdən qaçınmalı;
– Uşaqlar mümkün olduğu qədər ana südü ilə qidalanmalı;
– Kifayət qədər maye içilməlidir.
– Qarın ağrısı
– Baş ağrısı
– Təkrarlayan öskürək
– Qızdırma (38-40)
– Qulaq ağrısı
– Mədə bulantısı-qusma diqqət edilməsi vacib olan əlamətlərdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1