Dil:
Azərbaycanca
Skolioz xəstəliyi nədir? - Səbəbləri
03 Mart 2018 15176Skolioz adı verilən onurğa əyriliyi, əksər zaman yetkinlin yaşına qədər diaqnozu qoyulan narahatçılıqdır. Fərqli səbəblərə bağlı olaraq onurğaların saga, sola əyilməsi və ya öz ətrafında dönməsi ilə inkişaf edən skolioz, kiçik yaşlarda başlayıb, müalicə edilmədiyi zamanda insanın səhhətinə mənfi dərəcədə təsir göstərir.
Skolioz necə anlaşılır, səbəbləri və müalicə üsulları barədə suallara Türkiyənin Memorial Səhiyyə Qrupu fizioterapiya və reabilitasiya bölməsinin mütəxəssisləri cavab verib. Görülmə sıxlığı 0,2-6 faiz arasında dəyişir. Skoliroz bilinən onurğa deformasiyasıdır. Ancaq tam olaraq yaranma səbəbi bilinmir. Adətən inkişaf dövrünün başlanğıcında, onurğa assimetriyası, belin bir nahiyyəsində qabarıqlıq, ayaqların eyni səviyyədə durmaması kimi əlamətlərlə ana və ata tərəfindən fərq edilir.
Normal və sağlam onurğada, onurğadan arxadan baxıldığında yuxarıdan aşağıya yəni boyun, bel nahiyyələrində düz bir xətt şəkildə uzanır. Skoliozda isə onurğalar saga və sola doğru yer dəyişdirir və eyni zamanda öz ətrafında dönər. Qız uşaqlarında daha çox müşahidə edilir. Əyriliyin dərəcəsi artdıqca nəfəs almaqda çətinlik də yaranır.
İlkin zamanlarda xəstəlik əlamət göstərməyə bilər. Şikayətlər olsa belə çox aşağı səviyyədə olur ilkin ərəfədə. İlk olaraq görüntü olaraq ailə bunun fərqinə varır və həkimə gedir. Rentgen çəkilir. İlk olaraq bir onurğa digərinə görə yüksəklikdə olur.
- Onurğa sümük quruluşunun pozuntuları
- Erkən uşaqlıq çağında başlayan infatil skolioz
- Travmalarla bağlı əyrilik
- Ayaqların düz olmaması
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1