Dil:
Azərbaycanca
Marketdə satılan paketlənmiş qidalara diqqət edin
23 Fevral 2018 14507İllər keçdikcə insanlar xərçəng xəstəliyindən daha çox qorxurlar. Elm adamları da qidaların insanlara verdiyi zərərlər barədə araşdırmalar aparır. Çıxan nəticələr isə heç də ürəkaçan deyil.
Araşdırmaçılar paketlənmiş qidalara diqqət edilməyin vacibliyini vurğulayıblar.
Belə ki, marketlərdə satılan qidalar xərçəng xəstəliyi yaradır. Bu barədə Parisdə aparılan araşdırmalar zamanı məlumat verilib. Sözügedən qidalar üzərində təcrübələr aparılıb. Və xərçəngə səbəb olan kimyəvi maddələr aşkar edilib.
Hazırlanan çörəklər, cipslər, paketlərdə olan şirniyyat və duzlu peçenyələr, şokoladlar, sodalar, dadlandırıcı əlavə edilmiş içkilər, qızardılmış ətlər, toyuqlar, hazır suplar çox işlənən qidalar sırasında yer alır. 105 min insanın arasında aparılan araşdırma zamanı bu yeyəcəklərdən istifadə edən insanların daha çox xərçəng xəstəliyə yoluxduqları təsbit edilib.
Bununla yanaşı elm adamları araşdırma nəticəsini bir daha təsdiqləmək üçün başqa təcrübələrin də aparılmağının vacibliyini vurğulayıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1