Dil:
Azərbaycanca
Mineral suyun bilinməyən faydaları
19 Fevral 2018 17429Mineral suyunun faydalarını saymaqla bitməz. Tərkibi maqnezium, sodium, kalsium və potasium kimi minerallarla zəngindir. Mütəmadi olaraq bu sudan istifadə etmək dəriniz üçün çox faydalıdır. Həmçinin maddələr mübadiləsinin fəaliyyətinə müsbət təsir göstərir.
Mineral suyu kalsium cəhətdən olduqca zəngindir. Kalsium sümüklərin inkişafında mühüm rol oynayan mineraldır. Beləliklə mineral sudan istifadə edərək günlük kalsium ehtiyacınızı ödəyə bilərsiniz. Həmçinin sümükləri, dişləri və hətta dırnaqları gücləndirəcək təsirə malikdir.
Dərini nəmli saxlayaraq ləkələrdən qoruyur. Bundan əlavə olaraq dəridə yaranan qırışların qarşısını almaqda böyük əhəmiyyətə sahibdir. Dərinizin daha parlaq və sağlam görünməsini təmin edir.
Kirlilik və günəş saç problemlərinə səbəb ola bilər. Mineral suyu isə saçları gücləndirir və parlaqlığını geri qazandırır. Gücünü itirmiş saçlar üçün isə mütəxəssislər tərəfindən mineral suyu tövsiyə edilir.
Potasium yaddaşa müsbət təsir göstərir. Mineral su yaddaşınızın güclənməsinə və diqqətinizin artırılmasına da kömək edir. Zehni yorğunluğun qarşısını alır. Gündəlik olaraq istifadə edəcəyiniz bir stəkan mineral su sayəsində bu yorğunluqdan xilas ola bilərsiniz.
Bu növ suyun tərkibində olan maqnezium və potasium mineralları əzələ sistemi üzərində də olduqca faydalıdır. Əzələ sağlığınızı da bu vasitə ilə qorumağınız mümkündür.
Mineral su mənfi xolestrol istehsalını dayandırır. Vücudda olan yağ toplantısını azaldan bu növ içki zərərli xolestrolun azalmasına yardım edir. Həmçinin belə su tıxanmış olan damar yollarının da açılmasına kömək edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1