Dil:
Azərbaycanca
Nanə çayı yaddaşa faydalıdır
05 Yanvar 2018 20949Nanə çayı müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Son vaxtlar isə alimlər müəyyənləşdiriblər ki, bu içki koqnitiv bacarıqlar və yaddaşa da yaxşı təsir göstərir.
Belə qənaətə gəlmək üçün tədqiqatçılar eksperiment aparıblar. Onlar eksperiment zamanı müxtəlif ot və ətirlərin təkcə yaddaşa deyil, əhval-ruhiyyəyə də təsirini qiymətləndiriblər.
Nanə çayının faydası 200 könüllünün iştirak etdiyi elmi tədqiqatda müəyyənləşdirilib. Bütün iştirakçılar xüsusi anketlər doldurublar ki, orada müəyyən sualları cavablandırıblar. Cavabların əsasında içkinin daxilə qəbulu, əhval-ruhiyyə və yaddaşın fəaliyyəti arasında əlaqə müəyyənləşdirilib.
Beləliklə, təcrübə iştirakçıları 3 cür içki – çobanyastığı və nanə çayı, həmçinin adi isti su qəbul ediblər.
Bu mayelər qəbul edildikdən təxminən yarım saat sonra təcrübə iştirakçıları xüsusi testdən keçiblər və burada koqnitiv bacarıqlar və qavrama xüsusiyyətləri qeyd olunub. Məlum olub ki, məhz nanə çayı əhval-ruhiyyəni yaxşılaşdırır və baş beyinin qavrama qabiliyyətini artırır.
Nanə çayı qəbul edən qrupun test göstəricilərindən o da məlum olub ki, onların yaddaş göstəriciləri və əqli aktivliyi xeyli yüksək olub. Qeyd olunub ki, çobanyastığı çayı qəbul edən təcrübə iştirakçılarında bu göstəricilər, əksinə, aşağı olub. Müəyyənləşib ki, bu çay diqqət cəmləşdirməyə mane olur.
Adi isti suya gəlincə, onun nə yaddaşa, nə də əhval-ruhiyyəyə təsir göstərdiyi müəyyənləşib.
Mütəxəssislər onu da qeyd edirlər ki, nanə çayı o vaxt müsbət təsir göstərir ki, yalnız tər bitkidən və ya az qurudulmuş nanədən istifadə olunsun. Paketləşdirilmiş çaylardan istifadə tövsiyə olunmur. Həmçinin, mütəxəssislər nanə çayını şəkərsiz içməyi məsləhət görürlər.
*QEYD: www.hekimtap.az saytında yerləşdirilən hər hansı dieta reseptləri və ya müalicə üsulları mütləq mütəxəssislə müzakirə edilməlidir. Əks halda, yaranan fəsadlara cavabdehlik daşımırıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1