Dil:
Azərbaycanca
Diabet xəstəliyi niyə artıb?
15 Oktyabr 2018 17163Son vaxtlar dünyada şəkərli diabet xəstəliyi çox yayılıb. Bunun ən böyük səbəbi isə hərəkətsiz həyat tərzi və "fast food"dur.
Diabet, bədənimizdə mədəaltı vəz adı verilən orqanın kifayət qədər insulin hormonu ifraz etməməsi nəticəsində yaranan xəstəlikdir. Mədəaltı vəz insulin hormonu ifraz etməyəndə qlukoza enerjiyə dönmür və qanda şəkər yığılır. Bu isə qan şəkərinin yüksəlməsinə səbəb olur.
Diabet xəstəsi olan insanların üçdə biri belə bir xəstəliklərinin olduğundan bixəbərdirlər. Diabet xəstəliyinin yayılmasının səbəbi isə həyat tərzinin tez-tez dəyişməsidir. Məsələn, texnologiyanın hər gün inkişaf etməsi və yenilənməsi iş həyatında stressin artmasına, qeyri-sağlam qidalanmaya və hərəkətsiz bir həyata səbəb olur.
Diabetin artmasının digər bir səbəbi isə insanların idmanla məşğul olmamasıdır. İdmanla məşğul olmamaq isə hərəkətsiz həyat tərzini özü ilə gətirir və bu da diabet riskini artırır. Düzgün qidalanmamaq da diabet riskini artıran faktorlardandır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1