Dil:
Azərbaycanca
Hansı estetik əməliyyatlar eyni anda aparıla bilər?
13 Oktyabr 2018 14936Eyni əməliyyatla qarın gərmə və sinə estetikası bir arada aparıla bilər. Estetik, plastik və rekonstruktiv cərrah uzman Op. Dr. Güncəl Öztürk, kombinə olunmuş estetik əməliyyatla xəstələrin birdən çox əməliyyat ola biləcəyi haqqında açıqlama verib.
Pasientin ehtiyacına görə sinə və qarın gərmə əməliyyatı bir əməliyyatla eyni vaxtda oluna bilər. Sinə estetikası, qarın gərmə, qol gərmə, ya da yağ aldırma əməliyyatının bir arada icrası mümkündür.Üz gərmə, göz qapağı ilə qaş qaldırma ya da alın gərmə əməliyyatları da eyni vaxtda oluna bilər. Burun estetikası ilə birlikdə ehtiyaca görə dodaq, çənə, almacıq sümüyü dikləşdirilməsi əməliyyatlarının eyni vaxtda icra olunması mümkündür.
Bir neçə estetik əməliyyatın eyni vaxtda aparılmasının üstünlüyü pasientin fəqli əməliyyat olunaraq sağalma müddətini yaşamaq məcburiyyətində qalmamasıdır. Bununla yanaşı estetik əməliyyatlar bir-birini tamamlayır.
Siz də bu cür əməliyat etdirmək istəyirsinizsə, mütləq həkiminizlə məsləhətləşin. Əgər sağlamlıqla bağlı probleminiz yoxdursa, həkimin məsləhəti və razılığı ilə bu tip əməliyyatlar etditib, sağlamlığınıza ziyan vurmadan əməliyyat oluna bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1