Dil:
Azərbaycanca
Çiyələyin faydaları – Dərini təmizləyib, ürəyinizi qoruyacaq
13 Aprel 2018 12500Yaz aylarının ən ləzzətli meyvələrindən biri çiyələkdir. Mövsümü yaxınlaşan meyvənin faydalarını isə saymaqla bitməz.
Bu meyvənin faydasından yararlanmaq üçün zamanında qatqısız çiyələk yeyilməlidir.
Çiyələk güclü antioksidandır. Tərkibində maqnezium, potasium, C vitamini var.
Çiyələyin iyun ayında yeyilməsi tövsiyə edilir.
Ürəyinizi qoruyur – Qan şəkərinin də aşağı düşməsinə kömək edir. Uzunmüddət istifadəsi ürək sağlamlığınızın qorunmasında kömək edəcək.
Xərçəngin qarşısını alır.
Maddələr mübadiləsini gücləndirir. Mütəmadi çiyələkdən istifadə vücudu infeksiyalardan və zərərli orqanizmlərdən qoruyur.
Göz xəstəliklərinin müalicəsində effektlidir.
Göz quruluğu, optik sinirlərin zərər görməsi, görmə qüsurları və göz infeksiyalarının qarşısının alınmasında çiyələk çox mühüm əhəmiyyətə malikdir.
Təzyiqinizin aşağı salınmasında effektlidir. Yüksək təzyiq müalicə edilmədiyi zaman problemlərə yol aça bilər. Çiyələyin tərkibində yer alan potasium, qan damarlarının sərtliyini azaltmağa kömək edən faktordur. Bu vəziyyət qan təzyiqinin və təbii olaraq yüksək təzyiqinin aşağı düşməsində effektlidir.
Arıqlamağa kömək edəcək. İştahı azaldaraq, maddələr mübadiləsini sürətləndirir.
Dərini təmizləyir – C vitamini ilə zəngindir. Üzünüzə maska olaraq çəkə bilərsiniz. Həmçinin bu meyvə dərini parlaq edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Məlumatların istifadəsinə yalnız aktiv istinada əsasən icazə verilir
Version 2018.06.14.1