yumurtalıqların kistaları (törəmələri)

Yumurtalıqların kistaları - xərçəng təhlükəsi var!

3413
Müəllif: Mama-ginekoloq, tibb elmləri namizədi İlham Qafarov

Paylaşıldı: 31.10.2018
İlham Qafarov

Yumurtalıqları - ümumi məlumat

Yumurtalıqların  kistaları - yumurtalıq toxumalarında sekretin toplanması sayəsində yaranan törəmələrdir. Yumurtalıqların kistaları, əsasən, iki böyük qrupa bölünür - funksional kistalar və həqiqi kistalar (xərçəng). 

Funksional kistalar ovulyasiya prosesində follikul nahiyəsində formalaşır. Bu kistaların digərilərindən fərqi - bədxassəli törəmələrə çevrilməməsidir. Lakin belə kistalar böyüyə və ya partlayaraq xoşagəlməz simptomlar yarada bilər . Funksional kista əsasən, hormonal pozuntular və ya orqanizmin digər fərdi  xüsusiyyətləri nəticəsində əmələ gəlir. 

Bu əlamətlər varsa - SOS!

Funksional kistalar özünü adətən, aşağıdakı əlamətlərlə büruzə verir:
1. Qarının aşağı nahiyəsində ağrılar (bu, ona görə baş verir ki, kistanın ölçüləri böyüyür və ətraf toxumaları sıxır).
2. Menstrual tsiklin pozulması;
3. Qanaxma və axıntılar.
Funksional kistaların diaqnostikası ilk növbədə ultrasəs müayinəsi (USM), nadir hallarda isə maqnit rezonans tomoqrafiyası (MRT) vasitəsilə aparılır.

Kistaların müalicəsi 

Patologiyanın müalicəsi medikamentoz və cərrahi üsulla həyata keçirilir. Funksional kistalar, adətən, konservativ müalicəyə tabe olur. 
Əgər kistalar böyüyərək irinləyərsə və burularsa, əməliyyat göstərişdir.   

Həqiqi kistalar (xərçəng) - yumurtalıq toxumalarında bədxassəli törəmələrin (xərçəngin) əmələ gəlməsinə deyilir. Bu törəmələr sürətlə inkişaf edir, metostaz verərək, digər orqanlara yayılır. 

Həqiqi kistaların yaranma səbəbləri - risk fatorları

Bütün digər onkoloji xəstəliklərdə olduğu kimi, həqiqi kistaların da etimiologiyası məlum deyil, lakin xəstəliyə təkan verə biləcək amillərlə bağlı ehtimallar var .

Risk qrupuna  daxildir:
 - Ovulyasiyaların sayı normal olmayan qadınlar;
 - Heç vaxt doğmayan qadınlar;
 - Ovulyasiyası vaxtından tez (12 yaşadək) başlayan qadınlar;
 - Menapauzası gecikmiş (55 yaşdan sonra) qadınlar.  

Patologiyanın əlamətləri

Yumurtalıqların xərçəngi ilkin mərhələdə özünü heç bir əlamətlə büruzə vermir. Qadınlar ciddi simtomları, adətən, xəstəliyin 3-4-cü mərhələsində hiss edirlər. Bu zaman artıq həkimlər təəssüf ki, kömək etmək iqtidarında olmurlar.  Ona görə də risk qrupuna aid olan qadınlar orqanizmlərinə qarşı çox diqqətli olmalıdırlar.

Həqiqi kistalar - müayinə və müalicə üsulları

Həqiqi kistaların müayinəsi USM, bəzi hallarda MRT vasitəsi ilə aparılır. Həqiqi kistalar yalnız cərrahi metodla, laporoskopiya üsulu ilə  aradan qaldırılır.  Bundan sonra mütləq qaydada histoloji müayinə aparılmalıdır.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az