Yumurtalıqların funksional kistaları
Kista qişası olan və içi maye ilə dolu çevrəvari törəmədir. Funksional kistalar şişəbənzər törəmələrə aid edilsə də, onlar şiş hesab olunmur. Bu kistalar təbii fizioloji proseslər fonunda yaranır və yumurtalıqların normal fəaliyyəti ilə müşayiət olunur. Onlar yumurtalıqların səthindən bir qədər ayrılır və içi maye ilə dolu kapsul yaradır
Yaranma mənbəyindən asılı olaraq, yumurtalıqların funksional kistalarını iki növə ayırırlar:
Menstrual tsikl iki fazadan ibarətdir:
Təxminən iki həftə davam edən I fazada yumurtalıqda yerləşən follikulun yetişməsi baş verir. Yetişmiş follikul diametri təqribən 18-25 mm olan birləşdirici kapsuldur, onun içərisi follikulyar maddə ilə (qraaf köpükləri) dolu olur.
Əgər hər hansı səbəbdən ovulyasiyanın pozulması baş verərsə, follikulyar maddə artmağa başlayır və follikulun ölçüləri böyüyür – bu, follikulyar kistadır.
Bu törəmələrin ölçüləri 25-30 mm-dən artıq olarsa, onlar kista hesab olunur.
Bəzi qadınlarda bu törəmələr bir neçə dəfə əmələ gəlsə də, hamiləliyə mane olmur. Hamiləlik zamanı onlara çox nadir hallarda rast gəlinir. Bundan başqa, yumurtalığın funksional kistası və hamiləlik bir yerdə mövcud ola bilər, əgər kistaların ölçüləri kiçikdirsə. Adətən hamiləliyin 16-20-ci həftəsində kista bütünlüklə sorulur. Onun əmələgəlmə faktorları aşağıdakılardır:
Funksional kistalar bir qayda olaraq, əlamətsiz gedişata malik olur və ginekoloji müayinə zamanı təsadüfən üzə çıxa bilər. Kistalar, həmçinin, kiçik çanaq orqanlarının USM-i zamanı aşkar oluna bilər.
Bəzən yumurtalıqların funksional kistası özünü aşağıdakı əlamətlərlə büruzə verir:
Müalicə taktikasının seçilməsi üçün aşağıdakılar nəzərə alınır:
Kistaların ölçüləri böyük olmazsa, gedişat simtomsuz olur və ya zəif ifadə edilir. Bu zaman medikamentoz terapiyaya ehtiyac yoxdur və 1-2 menstrual tsikl müddətində kistalar USM-lə təqib edilir. Burada məqsəd kistaların struktur dəyişikliyi və ya böyüklüyünü vaxtında diaqnostika etməkdir. Onların öz-özünə sağalması ya mayenin reabsorbsiyası (geriyə sourulması) və ya kapsulanın tamlığının pozulması, möhtəviyyatın xaric olunması və sonrakı reqress yolu ilə baş verə bilər.
İkinci halda zəif çanaq ağrılarının əmələ glməsinə baxmayaraq, cərrahi müdaxilə tələb olunmur.
2-3 menstrual tsikl müddətində pozitiv dəyişikliklər qeydə alınmazsa yumurtalıqların funksional kistalarının hormonal kontraseptivlər vasitəsilə müalicə edirlər.
Oral və ya vaginal hormonal vasitələrin təyinatı da mümkündür. Hormonal terapiya 2-3 ay müddətində aparılır.
Konservativ müalicə effekt verməzsə, cərrahi müdaxilə tövsiyə edilir.
Mövzu ilə bağlı video:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az