Vertebro - bazilyar çatışmazlıq

Vertebro - bazilyar çatışmazlıq

6822
Müəllif: Osteopat Natəvan Əliyeva , (+994) 50 620-13-20

Paylaşıldı: 31.05.2020
Natəvan Əliyeva

Vertebro-bazilyar sindrom (VBS), vertebro-bazilyar arterial sistem sindromu – bu,  bazilyar və ya vertebral arteriyalarda qan axınının zəifləməsi nəticəsində baş beyin fəaliyyətinin pozulmasıdır.


Səbəbləri

Onurğanın boyun şöbəsinin travmaları;

Körpücükaltı arteriyanın hipertrofiyalaşmış skalen əzələsi ilə sıxılması;

Beyini təchizat edən qan damarlarının aterosklerozu;

Vertebral və əsas arteriyaların trombozu;

Hipertoniya xəstəliyi;

Vertebrobazilyar damarların divarlarının təbəqələşməsi və iltihabi xəstəlikləri;

Şəkərli diabet;

Damar yatağının anadangəlmə inkişaf qüsurları.


Simptomlar

Vertebro-bazilar çatışmazlığı simptomları, beynin vertebral və bazilar arteriyaların qanla təchiz etdiyi şöbələrinin funksiyalarının pozulmasından qaynaqlanır.

  • başgicəllənmə 
  • baş ağrısı
  • görmə pozulması
  • neyrosensor ağır eşitmə  
  • bayılma
  • astenik sindrom
  • işemik insultlar


Diaqnostika

Dəqiq anamnez

MR - angioqrafiya

CT - angioqrafiya

Boyun və başın əsas damarlarının USM-i

Qanın laborator müayinəsi

 

Müalicə

Vertebro-bazilyar çatışmazlıqda müalicənin əsas məqsədi  -  xəstəliyin səbəbinin aradan qaldırılması, beyin qan damarlarında normal qan axınının və qan damarlarının dolğunluğunun bərpası, işemiyanın və yerli hipoksiyanın aradan qaldırılmasıdır.

Osteopatiya

Nevrologiya

 İynəbatırma

Homeosiniatriya

Fizioterapiya

Cərrahi müalicə

Osteopatiya - dərmansız müalicə üsulu olub çox yüksək nəticələr verir. Bir çox pasient, osteopatik müalicə kursu keçdikdən sonra dərman qəbulunu dayandırır və ya qəbul edilən dərmanların sayını və dozasını əhəmiyyətli dərəcədə azaldır.

Ən yaxşı müalicə nəticələri, VBS simptomları bədənin ümumi biomexanikasının, boyun şöbəsinin kranioservikal qovşağının biomexanikasının, onurğanın, kranial sistemin  biomexanikasının pozulması nəticəsində meydana gəldiyi hallarda əldə edilir. 

Müalicə taktikası, ümumiyyətlə, xəstəliyin təhlili, instrumental müayinənin nəticələri, yanaşı xəstəliklər, xəstənin yaşı və VBS səbəbləri nəzərə alınmaqla ciddi şəkildə fərdi olaraq təyin olunur.


Profilaktika

Hamiləliyin müxtəlif travma və patologiyalarının profilaktikası

Onurğanın boyun şöbəsinin travmalarının profilaktikası

Aterosklerozun və arterial trombozun profilaktikası

Arterial hipertenziya və şəkərli diabetin profilaktikası

Müalicəvi gimnastika

Osteopatiya

Sağlam həyat tərzi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az