vaginizm nədir səbəbləri

Vaginizm nədir?

3757
Müəllif: Günay Hacıyeva

Paylaşıldı: 19.12.2017
Günay Hacıyeva

VAGİNİZM ( vajinismus)  - cinsi əlaqə qorxusu olub (ilk gecə qorxusu, ağrılı cinsi əlaqə) qadınlarn  özlərindən asılı olmayaraq əzələlərin (ayaq, çanaq dibi və s.)  , eləcə də bütün bədənin ani şəkildə kəskin yığılması və sıxılması nəticəsində cinsi əlaqənin mümkün olmamasıdır. Vaginizm, qızların  beyinlərində yaratmış olduqları qorxulardan ( qanama, şiddətli ağrı və s.) dolayı formalaşdırdıqları yalnış düşüncələrə inandıqları problemdir! Bu zaman qızlar cinsi əlaqəyə girməkdən imtina edərək şiddətli ağrıların olacağını və ya beynində formalaşdırdığı qorxunu səbəb kimi izah etməyə çalışırlar.

Belə qadınlar ailəli olsalar da illərlə bakirə olaraq qalırlar. Bir müddət özlərinə vaxt verirlər ki, bəlkə müəyyən müddətdən sonra onlar bir-birlərinə öyrəşərlər və bu problem öz-özünə həll olar. Hətda bilmirlər ki bu əlamətlər vaginizmin (vajinismus) əlamətləridir. İlləri illərə calayaraq həyatlarını vajinismusun verdiyi fəsadlara qurban verirlər.

Vajinismusun verdiyi fəsadlar isə qadının psixolojisini poza bildiyi qədər pozur. Onu insanlardan qaçmağa, özünə qapılmağa, hamıdan bədbəxt olduğunu düşünməyə vadar edir. Onlar bütün qadınlardan fərqli olduğunu - bir əskiyinin olduğunu düşünür, özünə güvəni itirir, depressiyaya düşür və sevərək ailə qurduğu həyat yoldaşından ayrılmağı özünə çıxış yolu tapır. Çox vaxt bu problemdən qaçmaq üçün "nahaq ailə qurdum" deyə özünü günahlandırır və hətta özlərinə qəsd etməyi də düşünənlər az deyil. Qadın xəyallarında canlandırdığı XOŞBƏXT AİLƏ TABLOSUNU bu vəziyyətə gətirib çıxatdığı üçün özünə nifrət edir...  Həyat yoldaşının qarşısında günahkarlıq hissi onu rahat braxmır.

Vaginizmin 3 variantda özünü göstərir

Üç tip vaginizm qadınlar vardır :
 - 1-ci tip qadınlar qismən də olsa zəhmətli və ağrılı şəkildə cinsi əlaqəyə girə bilirlər. Bu zaman onlar hamilə  qala bilir və əməliyyat yolu ilə (Kesarev üsulu) uşaq dünyaya gətirə bilirlər. Müalicə məqsədilə vaginaya çətin də olsa şam qoya bilir, müayinə məqsədilə  ginekoloji masaya çıxa  bilir, vaginal ultrasəs müayinəsində ola bilirlər.
Məsləhət : özləri vaginizmi yenə bilmirlərsə müalicə olunmalıdırlar.

 - 2-ci tip qadınlar yalnız toxunmağa icazə verə bilirlər. Toxunmaya icazə verə bildiklərinə görə spermanın vaginaya sızması nəticəsində qadın hamilə qala bilir, amma cinsi həyat yaşaya bilmirlər. Bu zaman doğuş Kesarev üsulu ilə həyata keçirilməlidir.  Belə qadınlar müalicə məqsədilə vaginaya şam qoya bilmir, müayinə məqsədilə  ginekoloji masaya çıxa bilmir, vaginal ultrasəs müayinəsində ola bilmirlər.
Məsləhət : müalicə olunmalıdırlar.

 - 3-cü tip "qadınlar" toxunmaya belə heç bir şəkildə icazə vermirlər. Bu cür qızlarımız illərlə bakirə olaraq qalırlar. 
Məsləhət : müalicə olunmalıdırlar.

Vaginizm olmasını ehtimal edən qadınlar/qızlar nə etməlidirlər?

Əgər qadın ailə qurduqdan sonra normal şəkildə cinsi əlaqəyə girə bilmirsə mütləq ilk növbədə bir ginekoloq və ultrason müayinəsində olmalıdır. Ultrason müayinəsində həkim qadının daxili cinsi orqanlarına diqqət yetirməlidir. Qadının vaginası varsa , deməli o vaginizm olsa da müalicə aldıqdan sonra cinsi əlaqədə ola biləcək. Əgər ultrason müayinəsində vagina görünmürsə, yəni  yoxdursa artıq bu anadangəlmə qüsurdur. Bu qüsurla qarşılaşdığınız zaman qadına vaginoplastika əməliyyatı təklif edərək  vagina (uşaqlıq yolu) yaradılır. Bundan sonra o cinsi həyat yaşaya biləcək vəziyyətə gətirilir.

Ginekoloqun müayinəsində əgər qadın həkimin ona toxunmasına, ginekoloji müayinəsinə icazə verə bilmirsə və görünən maneə (iltihabi proses, irinli, qızartılı törəmə və ya kista , herpes və s.) yoxdursa, deməli burada vaginizm əlamətləri mövcuddur. Belə olduğu halda qadın mütləq vaginizmin profesional müalicəsini həyata keçirən həkim mütəxəssisə müraciət edərək müalicə almalıdır. Müalicədən sonra qadın cinsi həyat yaşaya biləcək vəziyyətdə olur.

İlk gecə qorxusu öz-özünə sağalarmı?

Evliliyin ilk vaxtlarında cinsi əlaqə alınmayan zaman gənclər bunu utanmaqla, yorğunluqla, bir-birlərinə hələ öyrəşə bilməmələri ilə əlaqələndirərək, özlərinə müəyyən bir vaxt verməyi qərara alırlar. Düşünürlər ki, müəyyən zamandan sonra onların bu problemləri keçib gedecək və onlar da başqa cütlər kimi cinsi həyat yaşaya biləcəklər. Bəzi vaginizm qadınlarda bu problem doğurdan da müəyyən zaman içində düzələ bilir. Vaginizm qadınların çox az bir hissəsi qısa zamanda vaginizmi özləri yenə bilirlər. Bəs vaginizmin hansı dərəcəsində qadınlar bunu özləri yenə bilərlər?

Yalnız 1-ci dərəcəli (yüngül) vaginizmi olan qadınların az bir qismi müalicəsiz, müəyyən zaman müddətində öyrəşmə nəticəsində vaginizmi özləri yenə bilirlər. Vaginizmi yenə bilən qadınlar ancaq 1-ci dərəcəli vaginizmlərin içərisindən çıxa bilir. 2-ci və 3-cü dərəcəli vaginizm qadınlar ( qızlar) öz-özünə, zaman keçdikcə sağala bilməz. Bu cür qadınlar ( qızlar) vaginizmi yenə bilmək üçün mütləq bu sahədə profesional olan həkim mütəxəssisin köməyindən istifadə etməsi vacibdir.

Vaginizm - HekimTap

Ağrılı cinsi əlaqə və ya cinsi əlaqə qorxusu hansı qadınlarda rast gəlinir?

Vaginizm qızların çoxu dini ailədə böyümüş, əxlaqi dəyərlərə aşırı dərəcədə önəm verən ailədə ciddi nəzarət altında böyüdülən , ali təhsil almış, dünya görüşlü və ənənəvi ailədə böyümüş qızlarda vaginizmə rast gəlinir. Bu qızların arasında cəmiyyətdə müəyyən yer tutmuş müəllimələr və həkimlər də az deyil.

Qeyd etməliyəm ki, təcavüzə uğramış və ya təcavüzə şahid olmuş qızlarda ( əlbətdə ki , bizim ölkədə bu hallar demək olar ki yoxdur), bəzi hallarda uşaq yaşlarında ata- anasının cinsi əlaqəsinə şahid olmuş , ögey ata və qardaş yanında böyümüş qızlarda da vaginizm yarana bilir. Onlar ögey ata və qardaşından özünü qorumaq mövqeyində olduğuna görə şüuraltı olaraq özünü ərindən də qoruyur. 

Söylənilənlərdən görünür ki, Vaginizm hər cür həyat tərzi keçirən , böyümə şəraitindən asılı olmayan qızlarda rast gəlinə bilir. Vaginizm qızlar uşaq vaxtından imalədən çəkinir, hətda qorxur. Onlar oturarkən belə çox gərgin  vəziyyətdə ayaqlarını və ya bütün bədən əzələlərini yığararaq otururlar. Özləri də etiraf edir ki ”Oturanda da özümdən asılı olmayaraq gərgin oluram, özümü çox sıxıram”. Vaginizm qızlar xasiyyətcə özlərinə qapanan, sözlərini doğmaları ilə belə paylaşmayan, alınqan, küsəyən, ağlağan, həssas olurlar. Onlar asanlıqla psixi travma almağa və depressiyaya girməyə meylli olurlar. Onlar o qədər qapalı olurlar ki, hətda ərləri ilə cinsi əlaqələrinin baş tutmamasını öz doğmalarına belə bildirmirlər. İllərlə bu problemi gizlədərək özlərini böyüklərin köməklərindən əsirgəyirlər. 

Vaginizmin yaranma səbəbləri...

Vaginizmin yaranmaının əsas səbəblərindən biri də qızların öz cinsi orqanlarını tanımamasıdır və hətda tanımağa cəhd göstərməməsidir. Onlar yuyunmağa belə qorxurlar, diksinirlər. Belə qızlarda "ağıllı qız sindromu " üstünlük təşkil edir. Onlar cinsi əlaqəni əxlaqsızlıq, iyrənclik, günah, ayıb sayaraq cinsi əlaqə haqda heç bir informasiya əldə etmək istəmirlər. Qızları olan anaların da burada rolu böyükdür. Analar əvvəlcədən  öz qızlarına  12 yaşına çatdığı zaman aybaşı olacağını, cinsi orqanlara gigiyenik qaydalarını öyrətməlidirlər ki, bu qızlar da cinsi orqan haqqında məlumat toplamağa açıq olsunlar. Əksinə olaraq valideynlərimiz iki qadın söhbət edəndə qızlarından onları tək qoymalarını istəyirlər. Bu düzgün deyil! Qızlarını həyatın qanunlarından təcrid edəndə zərərini ancaq qız çəkir! Və elə bir şəkildə zərər çəkir ki, bu onun bütün sağlamlığına, bütün həyatına, qurduğu ailəsinə öz sarsıdıcı təsirini göstərir. Çox yaxşı olardı ki,analar qızlarına müəyyən qədər cinsi orqan haqqında məlumatlar versinlər.

Gənc qızlarda Vaginizmin yaranmasında onların rəfiqələrinin böyük rolu vardır. Ailə qurmuş rəfiqələrinin cinsi əlaqəni çox şişirdilmiş və qorxulu şəkildə anlatmaları nəticəsində cinsi əlaqə haqqında heç bir təcrübəsi olmayan qız üçün çox ağır bir psixoloji travmadır. Bu zaman gənc qız eşitdiklərini beynində öz fantaziyasına uyğun qorxulu ssenari üzərində canlandırır və öz quraşdırdığına inanmağa başlayır. Bu zaman gənc qız tərəfindən yaşanan bu pis düşüncələr (beynində canlandırdığı üçün ) onun şüuraltı mərkəzində (beynində) məskunlaşaraq yer alır və öz fəsadlarını göstərməyə başlayır. Vaginizm qızlar ailə qurduqdan sonra cinsi əlaqə mümkün olmadığı zaman " Elə bil vagina hissədə bir divar yaranır” - deyə söyləyirlər. Əslində isə bu "divarı” onlar özləri də bilmədən beyinlərində yaradıblar. Belə qızlar Bizim Xüsusi Müalicədən sonra normal şəkildə cinsi həyat yaşaya bilirlər.

Bundan başqa keçirilmiş ağır doğuşdan sonra, eləcə də vaginanın daraldılması (arxa kolporrafiya) əməliyyatından sonra da vaginizm əlamətlərinə rastlamaq olar. Bu bütün vaginizm olmayan qadınlarda da görülə bilər. Eyni zamanda vaginanın (uşaqlıq yolunun) iltihabi proseslərində də ( bartolinit , irinli və mayeli kistlər) , genital herpes , kandilomların olması  da ağrılı cinsi əlaqə yarada  bilər.Müayinə zamanı bu xəstəliklər aşkar olunarsa ( iltihabi proses,bartolinit və s.)  müalicə olunduqdan sonra onlar ağrısız şəkildə cinsi əlaqədə ola bilirlər.Səbələrdən biri də vaginanın (uşaqlıq yolunun) anadangəlmə olmamasıdır. 

Vaginanın anadangəlmə olmaması da cinsi əlaqənin mümkünsüzlüyünün səbəbi ola bilər. Belə qadınlara vaginaplastika əməliyyatı (vagina yaradılması) məsləhət görülür və bu əməliyyatdan sonra onlar cinsi əlaqə yaşaya bilirlər.

Vaginizm qadınlar hamilə qala bilirmi?

1-ci və 2-ci tip vaginizm qadınlar hamilə qala bilirlər. Ona görə ki, 1-ci tip vaginizm qadınlar  zəhmətli və ağrılı şəkildə qismən cinsi əlaqəyə girə bilirlər. 2-ci  tip vaginizm qadınlar yalnız cinsi orqanın toxunmasına icazə verə bildiklərinə görə spermanın vaginaya (uşaqlıq yoluna ) sızması mümkün olur və bunun da nəticəsində hamilə qala bilirlər. Hamilə qala bilən qadınlar körpələrini əməliyyat yolu ilə (Keysəriyə üsulu ilə) dünyaya gətirə bilirlər. Amma 3-cü tip vaginizmlər  heç toxunmaya da icazə verə bilmədiklərinə görə hamilə qala bilmirlər  və ömür boyu bakirə olaraq qalırlar.

Keçmişində vaginizm yaşamış qadınlar təbii yolla dünyaya uşaq gətirə bilməzlər. Ona görə ki, onun vaginası şüuraltı mərkəz tərəfindən travma almağa həssasdır. Vaginanın əvvəllər vaginizm olduğunu və travma almağa meylli olduğunu onun yadına salmamaq lazımdır. Təbii doğuş zamanı yarana biləcək gərginliklərə vaginanın reaksiyası kəskin yığılmanın ola biləcəyi ehtimalının gözlənməsi üçün doğulacaq körpənin həyatı təhlükəyə girə bilər və anada vaginizm problemləri təkrarən yarana bilər. Elə bu səbəbdən də vaginizm qadınların dünyaya uşaq gətirməsi Keysəriyə əməliyyatı vasitəsilə həyata keçirilməsi daha məqsədə uyğundur.

Vaginizmin müalicə olunurmu?

Vaginizmin müalicəsində paralel olaraq qadının beynində yaratmış olduğu  "divar” (onun qorxuları üzərində) üzərində işlənilir.

Belə ki, insan zehninin şüurlu və şüuraltı mərkəzi vardır. Biz nə ediriksə, nə düşünürüksə onu şüurlu zehnimizin köməyi ilə edirik. Çünki şüurlu zehnimiz məntiqlə çalışır. Vaginizm şüurlu mərkəzin problemi olsaydı bunu məntiqlə düşünüb həll etmək olardı. Şüuraltı zehnimizi isə məntiqlə çalışdıra bilmirik. Biz qadına məntiqlə başa sala bilmərik ki, cinsi əlaqədən qorxmasın, onu adi hal kimi qəbul etsin. Burdan göründüyü kimi vaginizmin səbəbi şüuraltında yaranır və müalicəsində də şüuraltı zehin korreksiya olunur. İnsan zehninin şüuraltı hissəsi 5-6 yaşından ta ölənə qədər bütün yaşanmış pis və yaxşı təcrübələri (hadisələri, xatirələri) kodlaşdırıb öz yaddaşında saxlayır. Bu pis və yaxşı təcrübələri heç bir şəkildə birdəfəlik silmək mümkün deyil! Çünki artıq o yaşanıb və şüuraltında özünə yer tutub. Neqativ təcrübələri ancaq pozitiv təcrübələrin köməyi ilə yumşaltmaq, əhəmiyyətsizləşdirmək olur. Müalicə zamanı yaşanmış olan qorxuların yaranmasına səbəb olan pis təcrübələr üzərində xüsusi texnikalarla işlənilir və bundan sonra həmin o pis təcrübələr (hadisələr və ya xatirələr) qadın tərəfindən əhəmiyyətsizləşir. Elə bir şəkildə əhəmiyyətsizləşir ki, qadın əvvəllər beynindən çıxara bilmədiyi pis təcrübələri müalicədən sonra heç yadına belə salmaq istəmir. Müalicə zamanı pis təcrübələr əhəmiyyətsizləşdirilərkən həmin hisslərin üzəri yaxşı təcrübələrlə əvəz olunur. Bu zaman da qadının vaginizm problemi birdəfəlik həll olunur. Müalicədən sonra qadın qorxmur, cinsi əlaqəyə adi hal kimi baxa bilir və bunu hamı kimi normal şəkildə icra edə bilir.

Vaginizmin müasir müalicəsi 3 seansa (günə) həyata keçirilməkdədir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.