uşaqlarda travmatik vəziyyətlər

Uşaqlarda travmatik vəziyyətlər

1201
Müəllif: Pərvin Əkbərov

 – Radius başının subluksasiyası (baxıcı dirsəyi)

Radius başı və boynunun anulər ligamentin distalına yer dəyişdirməsidir. Adətən 6 yaşından kiçik uşaqlarda görülür. Yuxarı ətrafa tətbiq olunan longitudinal çəkmə ya da ani traksiya nəticəsində yaranır. Uşaq əlindən tutulub qaldırılaraq bir maneənin, ya da əşyanın üzərindən keçirilmək isdəndiyində meydana gələ bilər. Ağrı qəfildən başlayır, uşaq qolunu hərəkət etdirmək istəmir. Əl funksiyası normaldır və dirsək rentgeni adətən normal görünür.

 – Medial epikondilit (Uşaqlarda ligi dirsəyi)

Rentgendə sağ medial epikondilusun fragmentasiyası görülür.
Medial humeral epikondilisə təkrarlayıcı stressin nəticəsidir. Dirsəyi valgus pozisyonuna gətirən beyzbol topu atmak kimi aktivitələr səbəb ola bilər. Müalicəsi əsas olarak istirahətdir.

 – Osgood - Schlatter xəstəliyi

Anterior tibial tuberkulunun xəstəliyidir. 11-14 yaşlarındakı aktiv uşaqlarda idman məşqlərindən sonra diz altında ön hissədə ağrı ilə özünü göstərir, sıx qarşılaşılan və öz hərəkətini məhdudlaşdıran bir vəziyətdir. İltihab, ağrı, həssaslıq, qığırdağın olduğu bölgədə kalsifikasiya görünür.

Fiziki müayənədə tibial tuberkulun üsdündəki bölgə palpasiyada həssasdır.
Müalicədə xəstəliyə səbəb olan məşqlər 4-8 həftə dayandırılır. Xüsusilə dizin çox qatdanması lazım gələn məşqlərdən qaçınılır. Xəstəyə kinezoterapiya tətbiq edilir, kəskin iltihab zamanı soyuq tətbiqi kimi fizioterapiya üsulu tətbiq edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.