Pediatrik göz müayinəsi nədir?
Uşaq gözü böyüyən dinamik bir gözdür və bir çox yöndən yetişkin insanın gözündən fərqlənir. Mərkəzi sinir sistemi (MSS) inkişaf dönəmindədir ve bu inkişafı əngəlləyəcək faktorlara qarşı həssasdır.
Usaqlarda zəif görmənin sebebləri nələrdir?
Çox kiçik okulyar anomaliyalar görmə sisteminə təsir edib,ambilopiyaya səbəb ola bilər . Gözün inkişafı bir çox orqanların inkişafı haqqında məlumat verir, beləki pediatrik gözün dəyərləndirilməsi bir çox sistemik ve genetik xəstəliklərin xəbərçisi ola bilər.
Uşaqlarda göz müayinəsinin profilaktikası:
Doğum anında edilən göz müayinəsi böyüklərdən fərqli olaraq xarici göz müayinəsi anadangəlmə anomaliyaların ortaya çıxarılmasında böyük rol oynayır. Bu göz müayinəsi üçün işıq mənbəyi ve görüntünü böyütmək üçün istifadə edilən linzalar kifayət edir . Bu zaman göz almasının ölçüsü , simmetriyası , qapaqların pozisiyası, korneanın horizontal ölçüsü , parlaqlığı , ön kamera dərinliyi iris dəyərləndirilir . Və mütləqdir ki oftalmoskopik baxış həyata keçirilir. Yarımcıq doğulmuşlarda- ROP müayinə dediyimiz göz müayinəsi edilməlidir ki bu da Prematur retinopatiyasi riski daşıyan uşağın doğumunun 4-cü həftəsində həyata keçirilir .Məqsəd kornea, vitreus ve fundusdakı baş verə biləcək problemləri erkən dönəmdə aşkarlayıb lazımi tədbir görməkdir. Üç yaşında bir usağın görmə funksiyalarını dəyərləndirmək üçün obyekti izləmə əhəmiyyətli cavab verə bilər. Esas müayinə olunacaq xüsus binokulyar görmə və konvergensiya refleksidir. Tam göz müayinəsi isə yaşa uyğun olaraq tam oftalmik müayinədir. 6-7 yaşında müayinə standart Snelln cədvəli ile tam göz müayinəsi hesab olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az