uşaqlarda enurez və müalicəsi

Uşaqlarda enurez

4799
Müəllif: Nevroloq Jalə Qarayeva ,Əlaqə: 050 363-10-02

Paylaşıldı: 30.06.2018
Jalə Qarayeva

Uşaqlarda enurez – ümumi məlumat

Enurez tipli sidik ifrazı aktının pozontusu insanlara hələ qədim zamanlardan məlumdur. Bunun haqqında mlumata eramızdan əvvəl 1550-ci ilə təsadüf edən Misir papiruslarında rast gəlinir. “Enurez” termini (yunan dilindən “sidiyə getmə” mənasını verir) sidiyin saxlanmaması deməkdir.

Gecə enurezi müəyyən yaş həddində – yəni sidiyə getmənin kontrola alınma dövründə sidiyin saxlanılmamasına deyilir. Hazırki dövrdə bu meyar 6 yaş müəyyən edilib.           

Oğlanlar qızlara nisbətən gecə enurezindən iki dəfə çox əziyyət çəkirlər. Ümumiyyətlə, hesab olunur ki, enurez xəstəlik yox, fizioloji prosesə nəzarət mərhələsidir.        

Enurezin müxtəlif aspektləri ilə ayrı-ayrı ixtisas həkimləri – uşaq nevroloqları, pediatrlar, homeopatlar, psixiatrlar, endokrinoloqlar, nefroloqlar, uroloqlar, fizioterapevtlər və s. məşğul olurlar.  Gecə enurezini probleminin həllində bu qədər mütəxəssisin iştirak etməsi problemin mənbəyinin müxtəlifliyindən xəbər verir.

Əgər 4 yaşından böyük uşaq 21 gündə yerini bir dəfədən çox isladarsa, bu, artıq həkimə müraciət üçün səbədir.  

6-10 yaşından yuxarı uşaqlar enurezdən əziyyət çəkirlərsə, onlar uroloji müayinədən keçməlidirlər.

Bu məqsədlə:

  • Urofloumetriya (sidik kisəsinin funksionallığını yoxlamaq üçün);
  • Sitoqrafiya (içərisi xüsusi kontrast maye ilə doldurulmuş sidik kisəsinin rentgenoqrafiyası);
  • Böyrək və sidik kisəsinin USM-i;
  • Təyinata uyğun – sitoskopiya aparılır.

Bu gün enurezin müalicəsi üçün 300-dən çox müalicə metodu mövcuddur. Buraya fizioterapiya, xüsusi pəhrizlər, autotreniniq və iynəbatırma kursları, dərman preparatları, hətta, hipnoz aiddir.  Bütün bunlar həkim tərəfdən təyin edilməlidir.

Valideynlər üçün ümumi məsləhətlər

Valideynlər üçün ümumi məsləhətlərə aşağıdakılar aiddir:

  • Uşağa dəstək – ona izah etmək lazımdır ki, dünyada bu problemdən əziyyət çəkən çoxlu uşaqlar var;
  • Uşaq paltarı nəm ayılarsa, onu qətiyyən danlamaq və cəzalandırmaq olmaz. Bu, onun günahi deyil və problemi bir yerdə həll etmək lazımdır.
  • Axşam və gecə saatlarında maye qəbulunu məhdudlaşdırmaq tövsiyə olunur (yuxudan 4 saat əvvəl). Lazımi maye normasını uşaq günün birinci yarısında və ya günorta yeməyindən sonra qəbul etməlidir.
  • Yuxu qabağı tualetə getmək lazımdır.
  • 6-7 yaşlı uşaq rejimə ciddi əməl etməli və saat 21.00-dan gec olmayaraq yatmağa getməlidir.
  • Yuxu qabağı əlavə oyanıqlığının qarşısını almaq lazımdır: aktiv idman oyunları, qorxulu filmlər və s. istisna olunmalıdır.
  • Bəzi hallarda valideynlər uşağı tualetə aparmaq üçün onu gecə yuxusundan ayıldırlar ki, səhərə qədər quru qalsın.
  • Belə halda, demək olar ki, uşaq fizioloji baxımdan ayılmır – yarıyuxulu vəziyyətdə onu tam oyatmaq kifayət çətindir. Həkimlər adətən, bunu məsləhər görmürlər.Yox əgər uşağı oyatmaq qərarına gəmisinizsə, onu tam oyatmaq lazımdır, əks halda enurez mexanizmini daha da möhkəmləndirmiş olacaqsınız.
  • Uşaq qaranlıq və ya tək yatmaqdan qorxursa, onun otağındakı gecə lampasını söndürməyin və ya uşağın ayrıca otağa keçirilməsini müvəqqəti olaraq təxirə salın.
  • Əgər uşaq bir gecə olsa belə “quru” ayılıbsa, onu tərifləməyi unutmayın.

Enurezin dərman preparatları ilə müalicəsi

Dərman preparatları ilə müalicəni yalnız həkim təyin etməlidir.

Buraya aşağıdakılar aiddir:

  • Hormonal preparatlar;
  • Psixostimulyatorlar;
  • Kofein;
  • Antidepressantlar;
  • Adrenomimetiklər.

Düzgün müalicə zamanı xəstələrin 30%-ində enurez tamailə sağalır. Digər uşaqlarda xəstəlik əlamətləri əhəmiyyətli dərəcədə aradan qalxır.  

Enurezin dərmansız müalicə metodları

Enurezin müalicəsində psixoterapiyanın xüsusi rolu var. Burada onun bir çox üsullarından istifadə edilir.

Bir çox hallarda fitoterapiya – dərman otları vasitəsilə müalicə tətbiq olunur. 

Ailə daxilndə münasibətlərin normallaşdırılması – emosional problemlərin həlli enurezin müalicəsinə müsbət təsir göstərir.

Unutmayın ki, uşaqda enurez probleminə məsuliyyətlə yanaşmaq lazımdır. Əks halda, yarımçıq saxlanılmaış müalicə kursu xəstləyin bərpa olunması ilə nəticələnə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az