uşaqlıq və uşaqlıq yolunun sallanması

Uşaqlıq və uşaqlıq yolunun sallanması - müayinə, müalicəsi

8265
Müəllif: Mama-ginekoloq, tibb elmləri namizədi İlham Qafarov

Paylaşıldı: 02.11.2018
İlham Qafarov

Uşaqlıq və uşaqlıq yolunun sallanması - ümumi məlumat

Uşaqlıq və uşaqlıq yolunun sallanması -uşaqlıq yolu və uşaqlığın birləşdirici aparatının pozulması deməkdir. Bu, daxili cinsiyyət orqanlarının, düz bağırsaq və sidik kisəsinin uşaqlıq yoluna və ondan kənara yerdəyişməsinə və ya oraya sallanmasına səbəb olan bir patologiyadır. 

Belə funksional pozuntu qadının psixoemosional və fiziki vəziyyətinə mənfi təsir göstərir, həmçinin seksual pozuntulara və əmək qabiliyyətinin qismən itirilməsinə gətirib çıxarır.  

Prolaps - yaranma səbəbləri

Xəstəlik cinsi yetkinlik dövründə başlayır  və irəliləyən xarakterə malik olur.  

Risk faktorlarına aşağıdakılar aiddir:

  • anamnezde iki və daha çox doğuşun olması;
  • doğuşun xarakteri (iri ölçülü döl, ağırlaşma və instrumental müdaxilələr);
  • çanaqdibi əzələlərin zədələnməsinə səbəb olan aralq cırılması;
  • hormonal status və mübadilə proseslərinin pozulması;
  • astenik bədən quruluşu;
  • yastıpəncəlik, skolioz və kifoz;
  • vegetal damar disfunksiyası;
  • damarların varikoz genişlənməsi.

Xəstəliyin əlamətləri bunlardır

Cinsiyyət orqanlarının sallanması diskomfort hissi, aralıq və qarının aşağı nahiyələrində dartılan ağrılar, uşaqlıq  yolunda yad cismin olması hissi ilə müşayiət edilir. Asqırdıqda, öskürdükdə və ya güldükdə sidiyin saxlaya bilməmək kimi hallar qeydə alınır ki, bu da yerdəyişmə imkanlarını məhdudlaşdırır.  

Prolapsın müalicəsi

Patologiyanın müalicəsi konservativ və cərrahi üsulla həyata keçirilir.

Konservativ

Xəstəliyin ilkin mərhələsində qadına xroniki xəstəliklərin müalicəsi və çanaqdibi əzələlərin möhkəmləndirilməsi məqsədilə   müalicəvi bədən tərbiyəsi təyin edilir. Əmək və həyat şəraitinin dəyişdirilməsi, fiziki yüklənmənin azaldılması tövsiyə olunur. Vaginal şamlar və ya kremlərin tətbiqi ilə estrogen (qadın cinsiyyət hormonları) defisiti mütləq qaydada korreksiya edilir.

Cərrahi

Xəstəliyin ağırlaşmış formasında cərrahi müdaxilə göstərişdir. Bu zaman uşaqlıq yolu və uşaqlıq divarlarının, düz bağırsaq və sidik kisəsini saxlayan bağların anatomik pozuntuları aradan qaldırılır.

Yeni tibbi texnologiyalar cərrahi müalicənin effektini artırır, əməliyyatsonrası ağırlaşmaların riskini minimuma endirir.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az