total diz protezi

Total diz protezi

1952
Müəllif: Travmatoloq-ortoped uzman dr. Şəhriyar Fətullayev

Paylaşıldı: 13.06.2018
Şəhriyar Fətullayev

Total diz protezi nədir ? 

Bütün dünyada olduğu kimi ölkəmizdə də xüsusən son 15 ildə aşırı kirəclənmiş diz oynağında total diz protezi əməliyyatları tətbiq edilir. Məqsəd ağrısız, hərəkətli, stabil bir diz oynağına sahib olmaqdır.

Bu əməliyyata qədər xəstələr cərrahi olmayan müalicə metodlarından-həyat şəklini dəyişmək, fizioterpaiya,dərman müalicəsi kimi metodlardan istifadə edir. Keçməyən ağrılar daha da şiddətlənirsə və artıq gündəlik həyatda hərəkət məhdudluğuna səbəb olursa, bu zaman total diz protezi əməliyyatına ehtiyac yaranır.

Bu dəfə biz   Uzman Dr. Şəhriyar B.Fətullayev ilə Diz Protezi əməliyyatları haqqında danışdıq.

Diz protezi əməliyyatı nədir ?

Diz protezi əməliyyatı iki şəkildə aparılır.Oynaq səthlərinin tamamilə çıxarılaraq dəyişdirilməsi proseduruna total diz protezi və kiçik kəsiklər aparılaraq oynaq qığırdaqlarınının hissəvi dəyişdirilməsi isə parsiyal diz proteziəməliyyatı deyilir.Hər iki metod bu gün modern tibbdə tətbiq edilir. Nəticələri mükəmməldir. Xəstə məmnuniyyət göstəriciləri yüksəkdir.

Diz protezi əməliyyatına nə vaxt ehtiyac yaranır ?

Əməliyyatın başlıca göstərişi ağrıdır. Bu ağrının səbəbi çox ciddi şəkildə araşdırılmalıdır. Ağrı həm iltihabi (revmatoid artrit-lupus artriti və s.) həm də iltihabi olmayan səbəblərdən(osteoartroz) meydana gələ bilər. Əgər ağrı səbəbi revmatik-iltihabi xəstəliklərlə əlaqəli isə bu zaman müalicə revmatoloqlarla birlikdə aparılır və müalicədə antirevmatizmal dərmanlar da tətbiq edilir.

Osteoartrozla əlaqədar aparılan əməliyyatlar xəstənin həyat keyfiyyətini artırmaq məqsədilə tətbiq edilir. Total diz protezi elektiv bir əməliyyatdır. Təcili deyil.Cərrahiyyənin zamanlanması qərarı isə xəstə və həkim tərəfindən birlikdə verilir.

Əməliyyatın nəticələri necədir ?

Düzgün seçilmiş xəstə qrupunda 10 illik müşahidələrdə 95 % fayda əldə edilmişdir. Xəstələr dəsdəksiz yeriyə bilir,pilləkan enib-çixa bilir və xüsusən yuxudan oyandıran ağrılardan azad olurlar.Faydalılığa təsir edən digər bir məsələ isə istifadə edilən implantın keyfiyyəti və edəcək cərrahın təcrübəsi də əsas faktorlardan hesab olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az