Sonsuzluğun səbəbləri

Sonsuzluq

1402
Müəllif: Uroloq-Androloq Ilham Ismayılov, Əlaqə: 050 205 99 66

Paylaşıldı: 16.06.2020
Ilham İsmayılov

Ailə qurduqdan sonra bir il ərzində  patnyorların düzənli və qorunmasız cinsi əlaqədə olmasına baxmayaraq, hamiləliyin olmaması sonsuzluqdur.Ancaq 35 yaşın üstündə olanlarda sonsuzluq varsa müalicəyə daha tez başlamaq lazımdır.

Sonsuzluq ümumi olaraq iki yere bölünür:

Daha əvvəl hamilə qalmyanlar və daha əvvəl hamilə olub növbəti hamiləlik planlaşmasına rəğmən hamiləliyin olmaması.

Müasir hesablanmalara görə  aılə quranların təqribən 10-15% də sonsuzluq müşahidə olunur.Bütün sonsuzluqların təqribən55-60%-i qadınlardan, 40-45%-i  isə kişilərdən qaynaqlanmaqdadır.

Ümumiyyətlə kişi sonsuzluğunda simptomlar olmur.Güclü nəsil nümayəndələri adətən özlərini əla hiss edirlər və tam sağlam görünürlər.Bütün sağlam kişilər kimi onlar da aktiv cinsi həyat tərzi keçirir və bundan zövq ala bilirlər. Sonsuzluq haqqında adətən övladlarının olmasının yubanması zamanı müayinə olunan zaman bilirlər. Kişi sonsuzluğunu əmələ gətirən səbəblər anadangəlmə və qazanılma olmaqla 2 yerə bölünür : Anadangəlmə sonsuzluğa xayaların müxtəlif anomaliyaları aiddir:

  • Birincili qipoqonadizm, yəni cinsi orqanların doğuşdan inkişaf etməməsi.
  • Hər iki xayanın anadangəlmə olmaması (çox az rast gəlinən qüsurdur).
  • Kriptorxizm (xayanın xayalığa enməməsi).

Qazanılmış sonsuzluq isə, bəzi faktorların xayalara və spermaya təsiri zamanı əmələ gəlir:

  • Cinsi yol ilə keçən infeksiyalar.
  • Qidalanma
  • Uzun müddət bədənin soyuqlaması.
  • Rentgen şüaları və radiaktiv şüalar.

Müasir məlumatlara əsasən kişilərdə sonsuzluğun 4/1 qədəri infeksion paraotit (xalq arasında svinka, qulaqdibi adlanır) keçirmiş pasientlərdə, iki tərəfli orxitin yaranması hesabına olur.

Nadir hallarda sonsuzluq tif, qrip, malyariya, sifilis, vərəm xəstəlikləri hesabına əmələ gələ bilir. Pasientin yaşı az olduqca, xayaların zədələnməsi daha çox olur (əsasən xayaların inkişaf dövründə).

Uzun müddətli qızdırma , bədən temperaturunun artması, özü özlüyündə xayalarda yerli hərarətin artması hesabına spermatogenezin pozulmasına səbəb olur.

Normal spermagen funksiya üçün qan dövranının əhəmiyyəti böyükdür. Xayalarda qan dövranını pozan xəstəliklər onun daxili funksiyasını pozur. Proses iki tərəfli olduqda isə sonsuzluğa gətirib çıxarır. Bu xaya damarlarının genişlənməsi (varikosele), xayanın burulması zamanı olur.

Kişi sonsuzluğuna səbəb olan faktorlar:

  • Sperma sayının və hərəkətliyinin azalması
  • Menidə heç sperm sayının olmaması
  • Kanal tıkanıklığı(obstruksiya
  • Spermin xaricə çıxa bilməməsi
  • Hormonal pozğunluqlar və genetik xəstəliklər
  • Xayaların enməməsi (kriptorxizm)
  • Xaya şişləri
  • Uşaq vaxtı keçirilən xəstəliklər (Qızdırma ilə)
  • Cinsi funksiya pozğunluğu (sərtləşmə və erkən boşalma)
  • Varikosele
  • Cinsi yolla keçən infeksiyalar (sifilis, qonoreya, trixomonoz və.s)
  • Şəkər xəstəliyi
  • Testesteron əskikliyi
  • Zərərli adətlər (aşırı siqaret və alkoqol)
  • Stres

DİAQNOZ:

Diaqnoz qoymaq üçün həkim uruloq-androloqa müraciət etmək lazımdır. Xəstədən anamnez toplamaq diaqnoz üçün ən vacib şərtlərdən biridir. İlk növbədə pasientin cinsiyyət sistemində hansı şikayətlər olduğu (qarnın aşağı hissəsində ağrılar, sidik ifrazının çətinləşməsi və s.), yaxın qohumlarında sonsuzluq problemlərinin olması, hər hansı xroniki xəstəliyin olub olmamması,pasientin uşaqlıqdan hansı xəstəlik keçirdiyi (əsasən, qulaqdibi, vərəm, orxit, sidik sistemi xəstəlikləri və s.) araşdırılır. Bunlarla yanaşı instrumental və labarator müayinələrdən istifadə olunur.

  • Spermoqramma.Kişi sonsuzluğu diaqnostikasında əsas rol oynayır. Sperma 3 ya 7 günlük cinsi pəhrizdən sonra götürülür. Bu zaman spermanın sayı,hərəkəliyi,quruluşu haqqında məlumat alınır.
  • Cinsi infeksiyaların yoxlanması
  • Hormonlar yoxlanılır
  • Qanda şəkərin təyini
  • Xayaların DOPLER müayinəsi

Sonsuzluğun müalicəsi

Kişi sonsuzluğunun əmələ gəlmə səbəbləri təyin edildikdən sonra,həkim hərbir xəstəyə fərdi müalicə təyin edir.

Kişi sonsuzluğunun müalicəsi konservativ və ehtiyac olarsa cərrahi yol ilə aparılır.

Hər hansı bir dərmanın təyin olunması, sonsuzluğu yaradan səbəbdən asılıdır.

İlk növbədə xəstəliyi əmələ gətirən səbəblər ortadan götürülür,sonradan sperma sayını və keyfiyyətini artıran müalicə hər bir xəstəyə fərdi olaraq tətbiq edilir.

PROFİLAKTİKA

Kişi sonsuzluğunun profilaktikasına uşaq yaşlarından başlamaq lazımdır. Bunun üçün əmək rejiminə, istirahətə, tam yuxuya, təmiz havada tez-tez gəzintiyə və idman hərəkətlərinə fikir vermək lazımdır. Tam qidalanmaq da vacibdir. Bunun üçün yetərli miqdarda ət,balıq,yumurta, çərəz, meyvə və tərəvəz qəbul olunmalıdır. Onu da qeyd etmək lazımdır ki, vegeteryanlar sonsuzluq riskinə daxil olanlardır, belə ki, onlar lazımi qədər zülal qəbul etmirlər.

Bundan əlavə hamam və saunada çox vaxt keçirmək lazım deyil və uzun müddət isti vannaların qəbulu məsləhət görülmür. Həddindən artıq dar alt paltarı geyinmək də spermatogenezə mənfi təsir edir. Spirtli içki və siqaretdən imtina etmək məsləhət görülür.

Kişi reproduktiv sağlamlığının qorunması üçün vaxtaşırı cinsi əlaqədə olmaq vacibdir. Əlbəttə ki, daimi partnyor ilə.

Kişi sonsuzluğu tam müalicə olunur, yetər ki vaxtında ixtisaslı həkimə müraciət edin!

Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az