Sapla lifting

Sapla lifting

1952
Müəllif: Kosmetoloq Nüşabə Ağayeva, Əlaqə: 055 808-14-10

Paylaşıldı: 24.11.2019
/papers/sapla-lifting-44615?locale=az

Sapla liftinq nədir?

Sapla liftinq xüsusi sapların köməyi ilə üz və bədən dərisinin sallanmasının qarşısını alan az travmatik və az invaziv prosedurdur. Saplar toxumalarda lazimi vəziyyətdə daimi karkaz formalaşdırır. Saplar tamamilə təhlükəsizdir və müəyyən müddətdən sonra sorulurlar. Hər bir qadın müasir həyat ritmində mümkün qədər cavan və cəlbedici olmaq ,həmçinin özünə qulluğa az bir zaman sərf etmək istəyir. Ona görə də, çoxları reabilitasiya dövrü az olan müasir əməliyyatsız metodikaları seçir.Məsələn bədən və üzün sapla liftinqi bir seansa gözlə görüləcək nəticəni əldə etməyə imkan verir.


Sapla liftinqə göstərişlər:
Yumşaq toxumaların sallanması
Dərinin sallanması
Ağız bucağındakı qatlar
İkincili çənə altı
Qaş uclarının düşməsi
Üz ovalının dartılması
Çapıqlar
Qarnın, budun və qolların içəri səthinin dərisinin sallanması
Əks göstərişlər
Onkologiya
Autoimmun xəstəliklər
Qan laxtalanmasının pozulması
Orqanizmdə infeksiya
Xroniki xəstəliklərin kəskin dövrü
Keloid çapıqların əmələ gəlməsinə meyillik
Hamiləlik və laktasiya dövrü
Prosedur 60 dəqiqə davam edir. Prosedurdan sonra şişkinlik,hematoma, dəri yığıntıları ola bilər. Bu əlamətlər müalicəsiz öz-özünə keçib gedir.İlk sutkalar qəfil mimik hərəkətləri azaltmalı, ilk həftələr isə idmanla məşğul olmaq,saunaya getmək, hovuzda üzmək olmaz.