Rotator manjet nədir və nəyə lazımdır?

Rotator manjet nədir və nəyə lazımdır?

2821
Müəllif: T.E.N. Ortoped-travmatoloq Altay Cəfərov, (+994) 50 213-90-98

Paylaşıldı: 06.05.2020
Altay Cәfәrov

Rotator manjet nədir və nəyə lazımdır?

Bazu oynağının rotator manjeti 4 əzələnin-tinüstü, tinaltı, kürəkaltı, kiçik girdə əzələ  vətərinin konglomeratı(birləşməsi) olub bazu sümüyünün böyük qabarına bağlanır. Əzələlərin hər biri ayrılıqda bazunun müəyyən hərəkətinə  cavabdeh olub birlikdə son nəticədə  bazu başının oynaqda saxlanmasına, hərəkətlər zamanı stabilləşməsinə və  bazunun fırlanma hərəkətlərinə(rotasiya) xidmət edir. Bu əzələlərdən ən azının birinin zədələnməsi bazu oynağında ağrılar və hərəkət məhdudluğuna gətirib çıxarır.

 


Rotator manjetin zədələnmə səbəbləri 

Bazu oynağının rotator manjetinin zədələri  əksər hallarda kəskin travmadan sonra yaranır. Bu zaman xəstələr anamnezdə dəqiq travma olmasını və ağrıların, hərəkət məhdudluğunun travmadan sonra yaranmasını qeyd edirlər.  Bir çox hallarda rotator manjetin zədələnməsi xronik mikrotravma səbəbindən baş verir ki, bu da əmək şəraiti qolun yuxarı qaldırılması və tullama vəziyyyəti tələb edən şəxslərdə rast gəlinir. Bu qrupa beysbol, tennis, ağır atletika və avarçəkmə  ilə məşğul olan idmançılar daxildir. Bir qrup peşə sahibləri, müəllimlər, rəngsazlarvə s əllərini daimi yüksəkvəziyyətdə saxlamağı məcbur olurlar ki, bu da rotator manjetin zədələnəsinə şərait yaradan amillərdəndir.Topa zərbələr, ötürmələr, lövhədə yazı yazma və bu kimi bir çox hallarda rotator manjet vətərlərinin daimim mikrotravmatizasiyası əzələ liflərinin mikrocırılmalarıma və son nəticədə vətərlərin zəifləməsinə, cüzi travmadan sonra isə tam qopasına gətirib çıxarır. Bəzi hallarda rotator manjetin cırılması yaşla əlaqədar degenerativ-distrofik dəyişikliklər səbəbindən  baş verir.

 

Rotator manjetin zədələnməsi və cırılmasının növləri:

Zədələnmənin xarakterindən asılı olaraq bu növlərə bölünür:

 Tam və natamam zədələnmə- vətərin zədələnmə dərəcəsinə görə təsnif olunur, adından məlum olduğu kimi tam zədələnmədə natamamdan fərqli olaraq  rotator manjeti əmələ gətirən vətərlər eni boyu tam zədələnir və funksiya tam itir. Mexanizminə görə travmatik və degenerativ zədələr ayrılır, zaman görə təzə və köhnəlmiş zədələnmələr qeyd edilir. 

 

Rotator manjetin zədələnməsi əlamətləri:

Bazu oynağı rotator manjetinin zədələnməsinin əsas əlamətləri ağrı və hərəkət məhdudluğudur. Ağrılar həm sakit halda, sonrakı dövrlərdə isə qolu hərəkət etdirdikdə əmələ gəlir. Zaman keçdikcə bu əlamətlərə əzələ zəifliyi və qolu yuxarı qaldırmağın mümkünsüzlüyü qoşulur. Əsasən ağrılar qolu 70-120 dərəcə uzaqlaşdırdıqda daha aktiv özünü büruzə verir.

 

Rotator manjetin zədələnməsinin diaqnostikası

Rotator manjetin zədələnəsinin diaqnostikası ixtisaslı həkim ortoped-travmatoloq tərəfindən həyata keçirilir. Bu zaman xüsusi testlərdən istifadə edərək həkim xəstənin qolunu müəyyən passiv hərəkətlər etdirməklə zədəlnmiş qolun hərəki aktivliyini qiymətləndirir və pasientin bu hərəkətlərə reaksiyasını izləyir. Rotator manjetin geniş həcmli zədələnmələrində “düşən qol”simptomu və Leclerk simptomu(qolu aktiv qaldırmaq istədikdə xəstənin çiyni qalxır) daha spesifik əlamətlər hesab olunur.

Fiziki müayinəlrin nəticəsi instrumntal radioloji müayinələrlə dəqiqləşdirilməlidir. İnstrumental müayinələrdən ən informativləri USM. KT və MRT müayinələri hesab olunur. 


Müalicə

Rotator manjetin zədələnməsinin müalicəsi konservativ və operativ olur. Konservativ müalicə natamam zədələnmələrdə, funksiyaların cərrahi müdaxilə olmadan bərpa şansı yüksək olduqda tətbiq edilir. Bu halda bazu oynağının immobilizasiyası ilkin şərtdir. Bununla yanaşı QSİƏP təyini, fizioterapevtik prosedurlar, ağrı çox olduqda qlükokortikoid blokadası tətbiq edilir. Trombositlərlə zənginləşdirilmiş autoplazmanın (PRP) oynaqdaxili inyeksiyası çox yaxşı klinik effekt verir. 

Əgər konservativ müalicənin effektsizliyi 2-3 ay ərzində davam edirsə onda cərrahi müdaxilə haqda düşünülməlidir. Rotator manjeti əmələ gətirən vətərlərin bərpası kifayət qədər çətin bir əməliyyat olub yalnız təcrübəli cərrah travmatoloq-ortoped tərəfindən icra olunmalıdır. Əməliyyat açıq və qapalı yolla aparıla bilər. Açıq üsulla aparılan əməliyyatın iri həcmli cərrahi yaranın mövcudluğu, əlavə ağırlaşmalar riski və əməliyyatsonrası dövrdə gec sağalma kimi mənfi cəhətləri vardır.  Müasir ortopedik cərrahiyyədə rotator manjetin  zədələnməsinin bərpası artroskopik üsulla həyata keçirilir. Kəsik əvəzinə bazu oynağı nahiyəsində 3-4 5 mm deşik açılır. Xüsusi alətlər və kamera oynaq boşluğuna daxil edilir. Monitorda oynağın içi videogörüntü şəklində əks olunur,cərrah bu zaman oynağın içini reviziya eləyir, zədənin yerini və dərəcəsini aşkar edir. Vətərlərin özü yırtılıbsa yırtıq tikilir, əgər vətər bağlanan yerindən qopursa xüsusi ankerlərin köməyi ilə sümüyə təsbit edilir. Ankerlər lövbər formasında arxasında sapı və iynəsi olan xüsusi metal implantlardır. Metal lövbər sümüyə yeridilir, saplar ilə isə vətər tikilir.

 

якорный фиксатор

 

Reabilitasiya

Əməliyyatdan sonra xəstənin qolu bir neçə həftəliyə(adətən3-4) uzaqlaşmış vəziyyətdə xüsusi şinada fiksə olunur. Bu vəziyyətdə vətərlərin gərilməsi azalır və təkrari yırtılam riski aradan qalxır, sağalma üçün əlverişli şərait yaranır. İlk həftədən başlayaraq xəstəyə xüsusi təmrinlərin köməyi ilə əməliyyat olunan oynaqda hərəkətlərin bərpasına başlanılır. Bu hərəkətlər ciddi olaraq cərrahın və təcrübəli reabilitoloqun nəzarəti ilə tətbiq edilməlidir.Tam reabilitasiya kursu bir neçə ay çəkir.

 

Упражнения для вращательной манжеты плеча - Реабилитолог Остеопат ...

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.   
https://hekimtap.az