refleksoterapiya nədir və əlamətləri

Refleksoterapiya

2629
Müəllif: Uşaq nevroloqu Siddiqə Süleymanova

Paylaşıldı: 21.06.2018
HekimTap Pro

Refleksoterapiya dəridə olan bioloji aktiv nöqtələrə müxtəlif fiziki faktorlarla (iynə, metal, maqnit, lazer şüası, zəli, daşlar, metal kürəciklər və s.) təsir göstərməklə aparılan müalicə metodudur.

Nəticədə orqanizmin yerli, regional, ümumi reaksiyası aktivləşdirilir ki, bunun sayəsində sinir, immun, endokrin sistemlərində balans bərpa olunur, bioloji aktiv maddələrin ifrazı normallaşır.

Onlar isə öz növbəsində sinir impulslarını qarşısını kəsir, bu isə ağrını aradan qaldırır, əzələləri boşaldır, stresi çıxarır, orqanizmdəki  hərəki, vegetativ və emosional reaksiyaları normallaşdırır, həmçinin,arterial təzyiqi tənzimləyir

Refleksoterapiya metodları

 – Klassik korporal (bədəndəki nöqtələrə nazik iynələrlə təsir göstərilməsi) və aurikulyar refleksoterapiya (qulaq seyvanları nöqtələrinə təsir göstərilməsi);
 – Səthi iynə refleksoterapiyası (applikator və iynəli diyircəklərdən, kiçik çəkiclərin istifadə);
 – Mikrocərəyan və ya elektropunktur refleksoterapiya (elektrik mikroimpulslarla müalicə metodu);
 – Şərq refleksoterapiyası (orqanizmdəki həyatverici qüvvələrin balansının diaqnostikasına əsaslanan qeyri-ənənəvi tibb metodu);
 – Lazer refleksoterapiyası (lazer impulasları ilə innovasion refleksoterapiya metodu);
 – Vakuum refleksoterapiyası (banka massajı);
 – Hirudorefleksoterapiya (tibbi zəlilərin istifadəsi).

Refleksoterapiyaya göstərişlər

  1. Sinir sistemi və hissiyat orqanları: nevralgiya nevriti, radikulit, nevrozlar, nevrasteniya, xroniki yorğunluq sindromu, epilepsiya, enurez;
  2. Ürək-damar sistemi xəstəlikləri: hipertoniya xəstəliyi, neyrosirkulyator distoniya, Reyno sindromu, Manyer xəstəliyi;
  3. Göz xəstəlikləri: konyuktivit;
  4. Qulaq xəstəlikləri: otitlər, qulaqda səs-küy;
  5. Kardiologiya: ürəyin işemik xəstəliyi;
  6. Ağciyər xəstəlikləri: xroniki bronxit, bronxial astma;
  7. LOR: rinit, zökəm;
  8. Dəri xəstəlikləri: neyrodermit, psoriaz;
  9. Endokrin sistemi xəstəlikləri: şəkərli diabet, qalxanvari vəzi xəstəlikləri;
  10. Sümük-əzələ sistemi xəstəlikləri: artritlər, artroz, osteoartroz, osteoxondroz;
  11. Parkinsonizm, uşaq serebral iflici,dağınız skleroz;
  12. Ginekoloji xəstəliklər: klimaks;
  13. Müxtəlif etiologiyalı və lokalizasiyalı ağrı sindromları: diş ağrısı, menstrual ağrılar, baş ağrıları;
  14. Mədə-bağırsaq traktı xəstəlikləri: qastrit, xora xəstəliyi, xroniki qəbizlik.

Refleksoterapiyaya əks-göstərişlər

 – Bədxassəli şişlər;
 – Kəskin infeksion xəstəliklər;
 – Kəskin damar xəstəlikləri;
 – Kəskin psixi xəstəliklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az