Qlaukoma nədir?
Qlaukoma xüsusi tipli optik neyropatiya və görmə sahəsinin xarakterik dəyişiklikləri ilə rast gəlinən xəstəliklər qrupunun ümumi adıdır. Göz daxili təzyiqin qalxması qlaukoma üçün ən böyük risk faktorudur. Buna səbəb göz daxili mayenin ( kamera mayesi) rahatliqla xaric ola bilməməsidir. Bu xəstəliyə el arasinda “qara su” da deyirlər. Qlaukoma dünyada korluğa səbəb xəstəliklər arasinda ön sıralarda yer alır. Hal-hazırda dünya əhalisinin 45 mln- u bu xəstəlikdən əziyyət çəkir. 7 mln insanin kor olma səbəbi qlaukomadır. Buna əsasən müayinə və müalicəsi məhdud olan Afrika və Asiyada daha çox təsadüf edilir.
Qlaukomanın yaranma səbəbləri?
Gözün kamera mayesinin (agueous humor) vəzifəsi göz daxili təzyiqi müntəzəm saxlamaq, buynuz qişa və büllura qlükoza oksigen və digər metabolik maddələri -mineralları çatdırmaq və parçalanma məhsullarını ön kameradan xaric etməkdir. Normal göz daxili təzyiqin ölçüsü 12-23 mm.c.s.-dur. Kamera mayesin axınında yaranan dəyişikliklər təzyiqin daimi yüksəlməsi qlaukomaya səbəb ola bilər.
Qlaukomanin risk faktorlari
Milyonları əhatə edən qlaukoma hər bir insanda müşahidə edilə bilər. Xəstəliyin konkret coğrafiyası kimi Afrika qitəsi göstərilir. Ən çox qlaukomalı xəstələrin bu qitədə yaşamasının səbəbi normal səhiyyənin olmaması və isti hava şəraitidir. Xəstəlik əsasən inkişaf etməmiş ölkələrdə yayılsada dünyanin hər yerində qlaukoma aktual xəstəlikərdəndir. Əsas faktor genetika, şəkərli diabet və s.xəstəlikər hesab olunur. 40 yaşdan yuxarı hər kəsin ildə bir dəfə göz təzyiqinin ölçülməsi arzu olunandir.
Qlaukomanın təsnifatı (növləri)
Qlaukomanın müalicəsi
Qlaukoma xəstəliyinin tam müalicəsi yoxdur. Bu səbəbdəndə xəstəlik nə qədər tez aşkarlanarsa bir o qədər göz sağlığını qorumuş oluruq . Beləki qlaukoma xəstəliyi zamanı yüksək təzyiqin təsirindən sinir hüceyrələri məhv olur və bu da görməyə ciddi təsir edir. Qlaukomanın xarakterik xüsusiyyəti olaraq görmə periferiyadan mərkəzə doğru daralır. Əgər belə xəstələrdə göz daxili təzyiq müşahidə altında saxlamazsa sonucda korluğa apara bilər.
Müasir dövrdə qlaukomanın müalicəsi konservativ dərman preparatlari,lazer və cərrahi əməliyyatlarla aparıla bilinir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az