qastrit nədir və müalicəsi

Qastrit

4071
Müəllif: Hepatoloq, Qastroenteroloq Rəqsanə Cəlilova Doğan

Paylaşıldı: 17.05.2018
HekimTap Pro

Qastrit haqqında ümumi məlumat

Qastrit mədənin funksional pozuntularına səbəb olan selikli qişanın iltihabi xəstəliyidir. Bir çox xəstəliklərdə olduğu kimi, qastritin də kəskin və xroniki halları var. Bundan başqa, qastriti mədə turşuluğunun səviyyəsinə görə də təsnifatlaşdırırlar: mədə turşuluğu aşağı, normal və yuxarı olan qastritlər.

Qastritin yaranması bir çox xarici və daxili faktorlardan asılıdır. O, kliniki olaraq iltihabi gedişata malikdir (kəskin və ya xroniki). Kəskin iltihab qısa müddət davam edir.

Mədənin selikli qişasının qatılaşmış turşular, qələvi və digər kimyəvi maddələrlə zədələnməsi ölüm riski daşıyır.     

Xəstəlik uzun müddət davam edərsə (xroniki olarsa) bu, həyat keyfiyyətinin ağrılar fonunda aşağı düşməsinə, həmçinin:
 – Qarın nahiyəsində ağırlığa;
 – Qıcqırmaya;
 – Gəyirməyə;
 – Qusmaya;
 – İshal və /və ya qəbizliyə;
 – Köpməyə;
 – Meteorizmə – qazların ayrılmasına;
 – Ağızdan pis qoxunun gəlməsinə səbəb olur.

Xroniki forma selikli qişanın atrofiyasına gətirib çıxardığından təhlükəli hesab olunur. Bunun nəticəsində mədə vəzilərinin funksiyaları pozulur, sağlam hüceyrələrin yerində atipik hüceyrələr əmələ gəlir. Mədənin selikli qişa hüceyrələrinin bərpa prosesinin disbalansı mədə xorası və mədə-bağırsaq traktı xərçənginin səbəblərindən biridir.  

Mədə həzm sisteminin ən həssas orqanı olub, özündə üç mürəkkəb prosesi birləşdirir: qidanın mexaniki qarışması, qidanın kimyəvi parçalanması və qida maddələrinin sorulması.

Qastritin əlamətləri

Qastritlər əlamətlərin müxtəlifliyi ilə bir-birlərindən fərqlənirlər, lakin bu əlamətlər az da ifadə oluna bilər. Başlıca əlamət – bəzi qidaların, mayelərin və dərmanların qəbulundan sonra günəş kələfi nahiyəsində yaranan ağrıdır. Bu ağrılar mədənin selikli qişasına çox aqressiv təsir göstərir. Bəzi hallarda ağrı qida qəbulu aralığında güclənir. Qastrit zamanı acı qidalar, alkohol, qazlı sular və qastritin kəskinləşməsinə səbəb olan digər məhsulların istifadəsi əks-göstərişdir.

Qastritin vacib, lakin mütəmadiliyi daha az olan əlamətləri qıcqırma, qusma və gəyirmədir. Xəstəlik bəzən özünü qarın köpməsi və tez-tez qazların ayrılması ilə büruzə verir. Qeyd olunan simptomlar iki və daha çox olub, qarında ağrı ilə müşayiət edilərsə, qastritdən şübhələnməyə əsas var.  

Əgər ağrı tutmaları acı qidalar, dərman preparatları və aqressiv mayelərin qəbulundan bir qədər sonra başlayarsa bu da xəstəliyin göstəricisidir.

Xroniki qastritin əlamətlərini müəyyənləşdirmək daha çətindir. Əlamətlər uzun müddət nəcisin qeyri-müntəzəm ifrazı, dilin üzərində ərpin əmələ gəlməsi, tez yorulma, qarında qurultunun, meteorizm, periodik olaraq ishal və qəbizliyin yaranması ilə məhdudlaşır.    

Xroniki qastrit adətən xəstənin kliniki vəziyyətinə əhəmiyyətli dərəcədə təsir etmir, lakin həyat keyfiyyətini aşağı salır. Qastritin yüngül xroniki forması qəbizlik və ishalla xarakterizə olunur. Ağır formalarda qeyd olunan əlamətlərlə yanaşı, bağırsaq qazlarının tez-tez ayrılması, anemiya, yuxululuq, soyuq tər, güclənmiş peristaltika, ağızdan pis qoxunun gəlməsi müşahidə edilir.    

Qastritin diaqnostikası

İstənilən diaqnostika həkim müayinəsindən başlanır. Əvvəlcə kliniki müayinə aparılır ki, bu zaman həkim dərinin vəziyyətini müəyyənləşdirir və qarının mədə nahiyəsində palpasiya edilir: əgər pasiyent qastritdən əziyyət çəkirsə, palpasiya zamanı ağrı kəskinləşir.

Kliniki müayinə yalnız xəstəlik haqqında ehtimallar yaradır. Bunun təsdiqlənməsi üçün instrumental və laborator diaqnostika metodları tətbiq olunur.

İnstrumental müayinə üsulunu aiddir: qasstroskopiya

Laborator müayinələrə aiddir:

 – Qanın ümumi analizi;
 – Mədə selikli qişasının biopatının müayinəsi;
 – Helikobakter pilori-ni müəyyənləşdirmək üçün 1-2 test.

Qastritin müalicəsi

Qastritin müalicəsi aşağıdakı qaydada aparılır:

Pəhriz

Mədənin divarlarını örtən və turşuluğu azaldan dərmanlar təyin olunur;

Helikobakter pilorinin müalicəsi

Müalicə əsasən, ev şəraitində aparılır və 2-3 həftə davam edir. Müalicənin effektivliyini yoxlamaq məqsədilə müəyyən müddətdən sonra yenidən qastroskopiya və Helikobakter müayinəsi aparılır.

Xroniki qastritdən əziyyət çəkən xəstələr dispanser nəzarətində olmalı və ildə ən azı 2 dəfə həkim nəzarətindən keçməlidirlər.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.