Qadınlarda sidikqaçırma

Qadınlarda sidikqaçırma

3234
Müəllif: Mama-ginekoloq, tibb elmləri namizədi İlham Qafarov

Paylaşıldı: 09.11.2018
İlham Qafarov

Qadınlarda sidikqaçırma nədir?

Sidikqaçırma - qeyri-iradi olaraq sidik qaçırması ilə müşayiət olunan patologiyadır. Xəstəlik qadının yaşı artdıqca özünü daha intensiv büruzə verir. Təəssüf ki, əksər qadınlar utanc hissi keçirdiyindən mütəxəssisə müraciət edtmirlər.

Qadınlarda sidikqaçırma iki əsas qrupa bölünür:
 - Yalançı - bu halda sidik ifrazına çağırış olmur.
 - Həqiqi - əvvəlcə sidik ifrazına çağırış olur, bundan sonra, sidik porsiyası ifraz olunur.

Xəstəliyin simptomları

Sidikqaçırmanı aşkara çıxarmaq heç də çətin deyil. Əsas əlamət sidiyin qeyri-iradi olaraq ifrazıdır. Bu, həm qarın boşluğunda yaranan təzyiq nəticəsində (sidikqaçırmanın stresdən yaranması), həm də bu faktor olmadan üzə çıxa bilər.

Enurez adlanan sidikqaçırma aktı isə - sidik ifrazının daha çox yuxuda baş verməsidir. Bu, adətən, uşaqlarda müşahidə olunur.  

Qeyri-iradi sidik ifrazı qadınların psixo-emosional vəziyyətini gərginləşdirir. Bunun fonunda müxtəlif psixosomatik xəstəliklər də yarana bilər.

Patologiyanın yaranma səbəbləri

Sidikqaçırmanın yaranma səbəbləri aşağıdakılardır:

  • Sidik yollarının anatomik defektləri;
  • Sidik ifrazı aktını tənzimləyən mərkəzi nahiyələrin zədələnməsi (onurğa və ya baş beyin);
  • Estrogen çatışmazlığı;
  • Kiçik çanaq orqanlarında qan dövranının pozulması;
  • Prostoqlandin və serotoninin sidik yollarında patoloji  ifrazı və s.

Xəstəliyin diaqnostikası belə aparılır

  • Cinsi orqanların enməsini aşkara çıxarmaq məqsədilə ginekoloq müayinəsi;
  • Rentgenoloji müayinə - çanaq orqanlarının anatomiyasını müayinə etmək üçün;
  • Sidikqaçırmaların gündəliyinin aparılması.

Ciddi diaqnostik hallarda maqnit-rezonans tomoqrafiyası göstərişdir.

Qadınlarda sidikqaçırmanın müalicəsi

Sidikqaçırmanın bütün müalicə metodları iki əsas qrupa ayrılır:

  • Konservativ müalicə;
  • Cərrahi müalicə.

Bundan başqa, qadın menapauza dövründə olarsa, estrogen preparatlar təyin edilir. Bu, çanaq dibi əzələlərini qüvvətləndirir və sidik ifrazı aktını normallaşdırır.

Xəstəliyin profilaktikası

  • Mütəmadi olaraq ginekoloq və uroloqun müayinəsindən keçmək;
  • Klimakteriyada əvəzləyici hormonal terapiyanın istifadəsi - yalnız həkimin təyinatı ilə;
  • Həyat tərzinin dəyişdirilməsi - fiziki aktivliyi artırmaq, qəbizliyin qarşısını alan qida rasionu seçmək;
  • Ağırlıq qaldırılmasını məhdudlaşdırmaq;
  • Gigiyenik qaydalara ciddi əməl etmək.


Mövzu ilə bağlı video:

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az